Qadin.NET / AСЃar sayağı xaçapuri (foto resept)

AСЃar sayağı xaçapuri (foto resept)

Tərkibi:

Xəmir üçün:

Un- 300 q. 

 Süd - 200 ml.

   Maya - 6 q.

 Yumurta - 1 ədəd  

Şəkər tozu - 1/2 ç. q. 

 Duru yağ - /2 x. q.  

Duz - 3/4 ç. q.  

İçlik üçün:

Suluquni pendiri 300 q.

Feta pendiri - 200 q.

 Yumurta - 2  ədəd

"Best Cow" kərə yağı - 200 q

Hazırlanması:

Əvvəlcə una  yumurta, duru yağ, süd, quru maya, duz  əlavə edib əlimizlə yumşaq xəmir yoğururuq. 

Xəmiri 5 hissəyə bölürük.

   

Sonra kündələri yayırıq.

 

Və sonra şəkildə göstərildiyi kimi qatlayırıq. Yari bir tərəfindən, yarı da o biri tərəfindən.

 Axırda bir az xəmiri dartırıq və şəkildə gördüyünüz kimi bükürük. 

Sonra bükülmüş xəmiri soba listinə yerləşdirin, və listin içində xəmirin ortasını yavaş-yavaş açırıq.

Üzərinə çalinmış yumurta çəkirik.

 İndi rəndələnmiş  pendirlər və yumurta  qarışdırılır, və xəmirin ortasına yerləşdirilir.

 200 dərəcə istilikdə 10 dəqiqə bişiririk.

 Axırda sobadan çıxardın, xaçapurinin ortasını qaşıqla bir az çökəldin və 1 ədəd yumurtanı sindirin.

Pendirin ortasına yerləşdirin, yenidən soboya qoyuruq  5 dəqiqəlik. 

 Bişdikdən  sonra  sobadan çıxarıb üzərinə kərə yağı çəkilir. Daha sonra elə isti-isti servis etmək olar. 

Buyurun, Acar sayağı xaçapurimiz hazırdır!

AСЃar sayağı xaçapuri (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

12 sentyabr 2016
GO BACK