Qadin.NET / İdeal piroq (foto resept)

İdeal piroq (foto resept)

Tərkibi:

Bilinçik xəmiri: 

500 ml süd,

1 x.q şəkər tozu,

7 x.q un,

1 yumurta,

2 x.q "Möcüzə" duru yağı (günəbaxan),

Duz,

Bir çimdik soda.

Xəmirin tərkibi:

300 qr un,

70 ml su,

1/2 yumurta,

120 qr "Möcüzə"paket yağı,

Zövqə görə duz.

İçlik:

3 ədəd qaynadılmış yumurta,

1 toyuğun döş əti,

150-200 qr göbələk,

100 ml yağlı krem, (qaymaq da ola bilər)

2 ədəd soğan,

3 x/q "Möcüzə" duru yağı (günəbaxan),

3 x.q xama,

Kişniş-şüyüd,

Duz.

Hazırlanması:

Əvvəlcə xəmirimiz hazırlanır və kündə halına gətirilib 15 dəqiqə gözlədilir.

 

 

İdeal piroq (foto resept)

 

Sonra isə blinçikimizi reseptə uyğun hazırlayırıq.

 

Yumurtalar qaynadıldıqdan sonra kubik şəklində doğranılır.

 

Doğradığımız yumurtanın üzərinə yaşıllığımızı da doğrayırıq. Bir azda qaymaq əlavə edirib qarışdırırıq.

 

Tavaya duru yağ əlavə edirik və kubik şəklində doğradığımız döş ətini ora əlavə edirik.

 

Soğanı da doğradıqdan sonra ocağa qoyub çox olmamaq şərti ilə bişiririk.

 

Bişdikdən sonra bir az soyudub üzərinə 3 qaşıq xama əlavə edirik və qarışdırırıq.

 

Ayrı bir tava götürürük və ora yağ əlavə edirik. Qalan bir soğaanımızı doğrayıb ora əlavə edirik.

 

 

Göbələkləri də soğanın içərisinə əlavə edin və bişirin. Bişib qurtarmasına az qalmış kremini əlavə edin.

 

 

İdeal piroq (foto resept)

 

Tərkibləri hazır olduqdan sonra biz orta ölçülü bir list götürürük. Hazırladığımız xəmiri iki yerə bölürük. Birini yayıb alt hissəsinə yerləşdiririk.

 

Hazırladığımız blinçiklərimizi şəkildə göründüyü kimi ora yerləşdiririk. Birini qoyuruq.

 

Və yumurtadan hazırladığımız içliyimizi ora töküb yayırıq.

 

Üzərini daha bir blinçiklə örtürük.

 

Yenidən toyuğun döş ətində hazırladığımız içliyi ora əlavə edirik və yayırıq. Üzərini blinçiklə örtürük.

 

Sonda göbələkli içliyimizi ora əlavə edirik.

 

Və üzərini sonuncu blinçikimizlə örtürük.

Sonda qalan xəmirimizin ikinci hissəsini yayırıq və listin üzərinə hamar şəklində yerləşdiririk.

 

Üzərinə istədiyiniz kimi bəzək verə bilərsiniz. Bəzədikdən sonra yumurta sarısını onun üzərinə yayırıq və qızdırılmış sobada bişiririk.

 

Bişdikdən sonra üzərini bəzəyə bilərsiniz.

 

 

İdeal piroq (foto resept)

 

Budur, çox dadlı görsənir.

Nuş olsun!

 


22 fevral 2015
GO BACK