Qadin.NET / Gül kələmli zapekanka (foto resept)

Gül kələmli zapekanka (foto resept)

Tərkibi:

1 kq gül kələmi

300 q xama

200 q vetçina

100 q pendir

2 ədəd yumurta

Duz, istiot

Hazırlanması: 

Gül kələmini kiçik hissələrə bölün. 

Gül kələmli zapekanka (foto resept)

Su qaynadın və suya duz da vurun. Kələmi qaynar suyun içinə tökün. Kələm yumşalanacan saxlayın. Diqqət edin ki, kələm dağılacaq qədər yumşalmasın. Bir az yumşalsa, bəs edər.  Sonra isə kələmi süzün  və qoyun bir qədər soyusun. 

Gül kələmli zapekanka (foto resept)

Pendiri sürtgəcin kiçik gözündən keçirin. 

Gül kələmli zapekanka (foto resept)

Vetçinanı kiçik kub şəklində doğrayın.

 Gül kələmli zapekanka (foto resept)

Xama ilə yumurtanı birlikdə çalın və duz, istiot vuraraq qarışdırın. 

Gül kələmli zapekanka (foto resept)

Vetçinanın xamalı qarışığa əlavə edib qarışdırın.

 Gül kələmli zapekanka (foto resept)

Kələmi də bu qarışıma əlavə edin və ehtiyatla qarışdırın ki, kələm əzilməsin. 

Gül kələmli zapekanka (foto resept)

Alınan məhlulu yağlanmış qaba tökün və qaşıqla üzərini hamarlayın. 

Gül kələmli zapekanka (foto resept)

Pendiri onun üzərinə bərabər miqdarda əlavə edərək yayın. 

Gül kələmli zapekanka (foto resept)

Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 40-50 dəqiqəyəcən bişirin. 

Gül kələmli zapekanka (foto resept)

Süfrəyə verməmişdən əvvəl bir qədər soyuda bilərsiniz, amma isti ikən lap ləzzətli olur. 

Gül kələmli zapekanka (foto resept)

Nuş olsun!

   (Tərcümə edilib) 

20 iyun 2014
GO BACK