Qadin.NET / Qarışıq içlikli mantı (foto resept)

Qarışıq içlikli mantı (foto resept)

Hər bir xalqın sevimli mantı yeməyi vardır, ən çox da türklər bizdə "düşbərə" adı ilə tanınan yeməyə "mantı" deyirlər. Mən isə öz damaq dadıma uyğun olaraq mantını kartofla, ətlə və soğanla edirəm. Mantı buxarda bişən yemək olduğu üçün bişirmək üçün xüsusi qazan lazımdır. Mən isə, buxar qazanım olmadığı üçün aşsüzəni içində su olan qazana qoyub, ağzını da həmin qazanın qapağı ilə bağlayıram və fikir vermək lazımdır ki,buxar kənarlara çox çıxmasın.

Tərkibi:

İçlik üçün:

10 ədəd orta ölçüdə kartof

3 ədəd orta ölçüdə soğan

0,5 kq ət qiyməsi

duz, istiot.

Xəmir üçün:

2 kasa un

duz və adi ilıq su

 Aşsüzəni yağlamaq üçün duru yağ.

Hazırlanması:

Əvvəlcə kartofu, soğanı uzunsov və nazik doğrayırıq, çəkilmiş əti də qatırıq.

Qarışıq içlikli mantı (foto resept)

Sonra üzərinə duz və istiot əlavə edib əl ilə yaxşıca qarışdırırıq.

Qarışıq içlikli mantı (foto resept)

Un, duz və su ilə adi qaydada xəmir yoğurub, kündə tuturuq.

Qarışıq içlikli mantı (foto resept)

Normal lavaş yayırıq və 13 sm dördkünc formada kəsirik.

Qarışıq içlikli mantı (foto resept)

Həmin hazırladığımız içlikdən xəmirlərə qoyuruq.

Qarışıq içlikli mantı (foto resept)

Sonra qarşı-qarşıya olan tərəfləri birləşdiririk.

Qarışıq içlikli mantı (foto resept)

Yenidən qarşı-qarşıya olan tərəfləri də birləşdiririk.

Qarışıq içlikli mantı (foto resept)

Qıraqlarını cütləyib bitişdiririk.

Qarışıq içlikli mantı (foto resept)

O biri qıraqlarını da eynən həmin formada.

Qarışıq içlikli mantı (foto resept)

Aşüzəni yağlayırıq və bir-birinə çox yapışmamaq şərtilə düzürük, qaynayan suyun içərisinə buxarda qoyub,  30-35 dəqiqə qaynadırıq.

Qarışıq içlikli mantı (foto resept)

Mantıları çıxarıb, üzərinə ərinmiş yağ əlavə edirik. Zövqə görə qatıqla da yeyilə bilər.

Qarışıq içlikli mantı (foto resept)

Nuş olsun!

4 aprel 2014
GO BACK