Qadin.NET / Göçmən börəyi (foto resept)

Göçmən börəyi (foto resept)

Tərkibi

İçi üçün:

300 qr pendir, ya da şor

1 dəstə cəfəri

Duz

Xəmiri üçün:

5 - 6 stəkan un

1 stəkan süd

1 paket yaş xəmir mayası (quru maya da olar)

1 xörək qaşığı şəkər

Üzəri üçün:

2 ədəd yumurta

1 stəkan qatıq

Yarım stəkandan az duru yağ

Duz

Hazırlanması:

Dərin bir kasaya unu qoyuruq (əvvəl yarısını qoyun, yoğurarkən qalanını əlavə edərsiniz ). Stəkana mayanı, 1 yemək qaşığı şəkəri qoyub ilıq su əlavə edirik.

Göçmən börəyi (foto resept)

Maya ilıq suda əriyənə qədər qarışdırırıq.

Göçmən börəyi (foto resept)

Maya yaxşıca qabaranda una əlavə edirik.

Göçmən börəyi (foto resept)

1 stəkan südü, duzu əlavə edib yoğurmağa başlayırıq.

Göçmən börəyi (foto resept)

1 stəkan su artıra bilərik, yumşaq bir xəmir alınmalıdır.

Göçmən börəyi (foto resept)

Yoğurduğumuz xəmirin üzərini bağlayıb iki qatı olana qədər qabarmasını gözləyirik.
Bir tərəfdən dərin bir kasaya pendir və ya şoru qoyub, yuduğumuz cəfəriləri doğrayırıq.

Göçmən börəyi (foto resept)
Göçmən börəyi (foto resept)

Qabaran xəmiri kiçik portağal böyüklüyündə hissələrə ayırırıq.

Göçmən börəyi (foto resept)

Xəmir taxtasında xəmir kündələrini pidə formasında uzununa açırıq.

Göçmən börəyi (foto resept)

Açdığımız xəmirin ortasına içliyi qoyub bağlamağa başlayırıq.

Göçmən börəyi (foto resept)

Rulet formasına gətiririk.

Göçmən börəyi (foto resept)

Bağladığımız kündələri iki barmaq qalınlığında kəsirik.

Göçmən börəyi (foto resept)
Göçmən börəyi (foto resept)

Düz bir qaba bir az duru yağ qoyub kəsdiyimiz xəmirlərin yalnız bir tərəfini batırırıq (Bunu bir-birinə yapışmaması üçün edirik. Dərin bir qaba qoymuruq çünki, xəmiri çox batırsanız yağlı olar). Yağladığımız soba qabına qoyuruq.

Göçmən börəyi (foto resept)

Göçmən börəyi (foto resept)
Üzərinə tələsiriksə tez qabarması üçün paket keçiririk.

Göçmən börəyi (foto resept)

Qabaran xəmirin üzərinə, bir kasada çırpdığımız 2 yumurta, 1 su stəkanı qatıq, yarım su stəkanından az duru yağ qarışığını hər yerinə tökürük.

Göçmən börəyi (foto resept)
Göçmən börəyi (foto resept)

200 dərəcədə qızdırılmış sobada üzəri qızarana qədər bişiririk.

Göçmən börəyi (foto resept)

Nuş olsun.

(Tərcümə edilib)

26 dekabr 2013
GO BACK