Sadə pide
Tərkibi:
1st ilıq süd
1st ilıq su
1armudu st. "Wellington" duru yağı
1 ç.q. duz
1 x.q. şəkər tozu
1 x.q. quru maya
Təxminən 4 st. un
Üzəri üçün:
1 yumurta
2x.q. süd
Küncüt
Hazırlanması:
Undan başqa bütün ərzaqları qaba tökürük, mayanı həll edirik, un əlavə edib yumşaq xəmir yoğururuq.
Üzərini örtürük, ilıq yerdə 30 dəqiqə mayalanmağa qoyuruq.
Mayalandıqdan sonra orta böyüklükdə kündələrə bölürük.
Onun da üzərini dəsmalla örtüb 30 dəqiqə yenə mayalandırırıq.
Sonra listə yığıb əlimizlə 1 barmaq qalınlığında yayırıq, üzərini də barmaq uclarımızla istədiyimiz formaya salırıq.
Sonra yumurta ilə südü qarışdırıb pidelərimizin üzərinə vururuq və küncüt səpirik .
180-200 dərəcəlik sobada bişiririk.
Sadə pidelərimiz hazırdır.
Nuş olsun!
Ev üsulu toyuqlu "İsgəndər" dönəri
Tərkibi:
3 ədəd sadə pide
2 ədəd toyuq filesi
2 ədəd pomidor
6 ədəd acı bibər
2 x.q. "Bizim tarla" pomidor tomatı
1 st.su
2 x.q. "Wellington" kərə yağı
"Wellington" əridilmiş kərə yağı
Duz
İstiot
Hazırlanması:
Toyuğun filesin soyuducuda yarım saat saxlayırıq ki, yaxşı doğransın. Sonra soyuducudan çıxarırıq və kub şəklində doğrayırıq.
Tavaya duru yağı, toyuq filesini, duz və istiotu töküb qızarana kimi qovururuq.
2 x.q. pomidor tomatına 2 x.q. duru yağ töküb bir az qovururuq, sonra 1 st. su töküb qaynadaraq sous hazırlayırıq.
Pomidorları aypara şəklində doğrayırıq, bibərlərin saplağını kəsirik, tavaya 2 x.q. duru yağ töküb pomidor və bibəri qızardırıq.
Sadə pidelərimizi istilədirik və kub şəklində doğrayıb böyük boşqaba tökürük.
Onun üzərindən isti pomidor sousunu tökürük.
Sonra qatığı da pomidor sousunun üzərinə tökürük.
Qovrulmuş pomidor və bibəri də qatığın üzərinə əlavə edirik.
Ən sonda qızarılmış toyuq filesini isti-isti pomidorun üzərinə tökürük. 2 x.q. kərə yağını da "İsgəndər" dönərinin üzərinə gəzdiririk və isti halda süfrəyə veririk.
Ev üsulu toyuqlu "İsgəndər" dönərimiz hazırdır.
Nuş olsun!