Qadin.NET / Sürprizli balıq (foto resept)

Sürprizli balıq (foto resept)

Tərkibi:

Qat-qat xəmir

İçi üçün:

Göbələk

Toyuğun ağ əti

Soğan

Wellington əridilmiş kərə yağı

Limon

Üzəri üçün:

Yumurta sarısı

Duz,istiot

Bəzəmək üçün:

Şüyüd

Hazırlanması:

Əvvəlcə göbələyi doğrayırıq, üzərinə limon suyu sıxırıq ki, qaralmasın. Göbələkləri tavaya əlavə edirik, suyu çıxana kimi qovururuq. Soğanı xırda-xırda doğrayırıq, tavaya yağ atıb, soğanı da əlavə edirik, duz istiot vurub, göbələklə qovururuq. 

 




 

Toyuğun ağ ətin doğrayırıq və suda bişririk. Göbələk bişənə yaxın toyuq ətini də qatıb, hamısını bir yerdə bişiririk və soyumağa qoyuruq.

 


 

Listə falqa səririk və 3 ədəd qat-qat xəmiri yan-yana qoyuruq və balıq formasında kəsirik. Hazır içliyi balığın üzərinə yayırıq. 

 


Qat-qat xəmirdən dairələr kəsirik (balığın pulları üçün ), sonra balığın başını və quyruğunu düzəldirik, quyruğunu xət-xət kəsirik, halqaları da balığın üzərinə düzürük.



Üzərinə yumurta sarısı vurub, 180 dərəcəlik sobada bişiririk. Və şüyüdlə balığımıza forma veririk.

 

 

Sürprizli balığımız hazırdır.

 

 

Nuş olsun.

29 iyul 2013
GO BACK