Tərkibi:
5 st. un
0.5 armudu st. sirkə
0.5 armudu st. duru yağ
1 st. qatıq
1 ədəd yumurta
1 x.q. quru maya
Duz
Su
Aralarına sürtmək üçün:
200 qr. "Wellington" kərə yağı
İçi üçün:
500 qr. toyuq əti
1-2 ədəd soğan
2 x.q. tomat
1 balaca dəstə cəfəri
Duz
İstiot
Duru yağ
Üzəri üçün:
1 ədəd yumurta
Küncüt
Hazırlanması:
Əvvəlcə unun üzərinə duz səpirik, sonra mayanı ilıq suda isladıb üzərinə tökürük, qalan ərzaqları da töküb xəmir yoğururuq. Xəmiri yumurta böyüklüyündə kündələrə bölürük. Təxminən 15 kündə alınır. 1 kündəni boşqab boyda yayırıq. Hamsını belə edirik.
Sonra yağı əridirk, amma, tam yox. İliq olanda yayılmış yuxaları üst-üstə qoyub yağlayırıq. Ən sondakını yağlamırıq, əlimizlə üzərindən basıb yuxaları yayıb, böyüdürük və üzərini örtüb mayalanmağa qoyuruq.
İçi hazırlamaqdan ötrü toyuq ətini incə-incə doğrayırıq. Tavaya duru yağ əlavə edib toyuğu üzərinə töküb bir az qovururuq.
Sonra soğanı da xırda-xırda doğrayırıq, toyuğun üzərinə töküb yenə də qovururuq. Bişənə yaxın tomat, duz və istiot vururuq və qazın altını söndürüb soyumağa qoyuruq.
Soyuduqdan sonra cəfərini incə-incə doğrayıb toyuğa qatırıq.
Xəmirmizi qat-qat xəmir kimi 4 künc formada kəsirik.
Sonra hazır içlikdən içinə qoyub boğça kimi bükürük.
Bunları tərs çevirib üzərinə yumurta sarısı və küncüt vururuq.
180 dərəcə qızdırılmış sobada üzəri qızarana kimi bişririk.
Toyuqlu talaş börəyimiz hazırdır.
Nuş olsun!