Qadin.NET / Toyuqlu-düyülü piroq (foto-resept)

Toyuqlu-düyülü piroq (foto-resept)

Toyuqlu-düyülü piroq (foto-resept)

Tərkibi:

Xəmir üçün: 

   Qatıq  – 700 ml

Yumurta – 2 ədəd

Azərduz yodlu narın xörək duzu 

Qabartma tozu 

 Duru yağ – 4 x.q 

Un  (apardığı qədər, xəmir oladi xəmiri kimi olmalıdır)

 

İçlik

Bişmiş düyü 

Bişmiş toyuq əti 

Baş soğan 

Azərduz yodlu narın xörək duzu, istiot 

Duru yağ 

 

Xəmirin hazırlanması:

Əvvəlcə yumurtaları bir qabda çalırıq.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Daha sonra üzərinə duru yağ və duzu əlavə edib çalmağa davam edirik.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Qatıq  və qabartma tozu da əlavə edilir.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Sonda unu yavaş-yavaş tökərək qarışdırırıq.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Xəmir tam sıyıq halını alana kimi qarışdırmağa davam edirik.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

İçliyin hazırlanması: 


Soğan xırda doğranılıb yağda qızardılır.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Daha sonra üzərinə bişirilib doğranmış toyuq əti, duz istiot vurulur.(əlavə özünüzün sevimli ədviyyatını da qatmaq olar).

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Birlikdə azca qızardılır. Qazın üzərindən götürüldükdən sonra qaynadılmış düyü əlavə edilir.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Soba listi yağlandıqdan sonra xəmirin bir hissəsi ora tökülür və üzərinə içliyimizi səpirik.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Daha sonra üzərinə qalan xəmiri tökürük və üzərini hamarlayırıq.

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Əvvəlcədən 180 dərəcə isidilmiş sobada hazır olana (üzəri qızarana) kimi bişirilir.

 

Piroqumuz hazırdır

 

Toyuqlu-düyülü piroq (foto-resept)

 

Nuş olsun! 


6 dekabr 2012
GO BACK