Tərkibi:
4 su stəkanı un
3 x.q sirkə (və ya 1 x.q limon suyu)
1 stəkan qatıq
Yarım stəkan duru yağ
"Azərduz" yodlu narın xörək duzu
Su
İçlik üçün:
500 qr qiymə
3 ədəd orta boy soğan
1 ovuc qoz
Keşniş (başqa göyərti də ola bilər)
"Azərduz" yodlu narın xörək duzu, istiot
Arası üçün:
Kərə yağı
Üzəri üçün:
Yumurta sarısı
Hazırlanması:
Əvvəlcə dərin bir qab götürülür, içinə un,qatıq,duru yağ,duz,sirkə (yaxud limon suyu) tökülür və su ilə qulaq məməsi yumşaqlığında xəmir yoğrulur.
Xəmir hazır olduqdan sonra 10 dəqiqəlik kənara qoyuruq.
Sonra balaca kündələrə ayırırıq.
Kündələri bacardığımız qədər nazik yayırıq.
Kərə yağı ilə açdığımız xəmirin hər yerini yağlayırıq.
Sonra xəmiri zərf formasında bükürük.
Bütün kündələri bu şəkildə edərək,hamısı hazır olduqdan sonra bir qaba yığıb,yarım saat soyuducuda saxlayırıq.
Keçək içliyin hazırlanmasına.
Əvvəlcə tavaya duru yağ töküb xırda doğranmış soğanı qızardırıq,üzərinə qiyməni əlavə edirik. Daha sonra uzərinə bir qədər qaynadılmış su əlavə edirik ki, ət yaxşı bişsin. Suyu çəkiləndən sonra onu qovururuq.
Üzərinə xırda doğranmış qoz, sonra isə doğranmış göyərti əlavə edirik. Onlar da bir az qovrulduqdan sonra içliyimiz hazırdır.
Sonra xəmirimizi soyuducudan çıxarıb təzədən yayırıq.
Xəmirin üzərinə bir çay qaşığı qədər içlik qoyuruq (əgər xəmiri böyük açmısınızsa, o zaman bir qədər çox qoya bilərsiniz). Sonra blinçik formasında bükülür.
Daha sonra soba listini duru yağla yağlayaraq börəkləri düzürük, üzərinə yumurtanın sarısını çəkirik.
Börəkləri 180 dərəcədə bişiririk. Süfrəyə qatıqla verilir.