Qadin.NET / Pendirli pide poğaça (video-resept)

Pendirli pide poğaça (video-resept)

Tərkibi:

xəmir üçün:

1 paket maya

500 qram buğda unu

2 ç/q duz

1,5 çay st ilıq süd

1,5 çay st duru yağ

1-2 çay st ilıq su

üstü üçün:

dilim pendir

2 ədəd yumurta

qıraqları üçün:

1 yumurtanın sarısı

qovrulmuş susam

Hazırlanması:

Dərin və geniş kasaya ələnmiş unu alın. Üstünə duz mayalı paketin tamamını tökün.

İlıq südü, duru yağı və ilıq suyu əlavə eidn. Xəmir əldə edənə qədər 5-6 dəqiqə yoğurun.

Xəmirin üstünü örtün. İlıq yerdə xəmiri həcmi təxmini 1,5- 2 qatına çıxana qədər, 30-45 dəqiqə saxlayın.

Xəmir təzgaha qoyun və 2 hissəyə bölün. Yağladığınız orta boy şüşə qablardan birinə yayın ortasını incəldin.

Pendiri videodakı kimi pidenin ortasına döşəyin.

Pidenin kənarlarına yumurta sarısı çəkin və qovrulmuş susam səpin.

Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 20-25 dəqiqə bişirin.

Pidenin ortasına yumurta qırın və yenidən sobaya verin.

Yumurta bişəndə sobadan çıxara bilərsiniz.

1 sentyabr 2020
GO BACK