Tərkibi:
1 ədəd yumurta
1 stəkan süd
1 stəkan su
1 paket maya
6 stəkan un
2 yemək qaşığı şəkər tozu
1 yemək qaşığı duz
Yarım armudu stəkan zeytun yağı
Hazırlanması:
Zeytun yağını və südü qaba əlavə edin. Şəkər tozu və mayanı əlavə edib qarışdırın. Maya sayəsində qarışımdan hava qabarcıqları çıxanda üzərinə 1 stəkan unu və duzu əlavə edib qarışdırmağa davam edin.
3 stəkan unu əlavə edib yoğurun. Xəmiri yoğurduqca stəkan-stəkan unu əlavə edin.
Otaq istiliyində üstü örtülü 45- 60 dəqiqə saxlayın.
Xəmiri 12-13 hissəyə bölün. Azca yağladığınız yerdə xəmiri yayın və üzərinə pendir səpin.
Rulon halına salın və böyüklüyünə görə 2-3 hissəyə bölün. Yağlı kağız sərdiyiniz qaba rulonları yan-yana düzün.
Çırpdığınız yumurta sarısını üzərinə çəkin, susam səpin və pomidor dilimlərini batırın. 180 dərəcədə əvvəlcədən isidilmiş sobada altı və üzəri qızarana kimi bişirin. Təxminən 40 dəqiqə bişirin.
Nuş olsun!