Qadin.NET / Südlü qarğıdalı unu şorbası (video-resept)

Südlü qarğıdalı unu şorbası (video-resept)

 

Tərkibi:

4 y/q qarğıdalı unu

3 y/q kərə yağı

3 y/q tel verməşil

yarım litr süd

yarım litr su

duz

 

servis üçün

duru yağ

toz bibər

qarğıdalı çörəyi

 

Südlü qarğıdalı unu şorbası (video-resept)

 

Hazırlanması:

Kərə yağını qazana əlavə edin və aşağı dərəcədə əridin.

Əriyən yağın üstünə unu əlavə edərək 1 dəqiqə qədər qovurun.

Unun rəngi xəfif tündləşəndə südü yavaş-yavaş əlavə edərək çırpın. Südün və suyunun hamısını əlavə edərək orta dərəcədə qarışdıraraq qaynadın.

Qaynayan şorbaya verməşilləri və duzu əlavə edin, 5-6 dəqiqə daha qaynadın.

Bibər və duru yağı qovurun. Servis kasasına əlavə etdiyiniz şorbaların üstünə gəzdirin.

Qarğıdalı çörəyi ilə servis edin.

 

18 yanvar 2020
GO BACK