Tərkibi:
1 kq dana əti (quş başı)
2-3 y/q duru yağ
1 paket arpacıq soğan
2 y/q kərə yağı
təzə çəkilmiş istiot, duz
su və ya ət suyu (ətin üstünü keçənə qədər)
Hazırlanması:
Ətin üstünə duz və istiot səpərək qarışdırın.
Dərin qazana duru yağ əlavə edin. Əti üstünə əlavə edin, orta dərəcədə suyunu çəkənə qədər qapağı bağlı olaraq bişirin.
Suyunu çəkən ətlərə soyduğunuz soğanları, kərə yağını və üzərini 2 barmaq keçəcək qədər su və ya ət suyu əlavə edərək ətlər yumşalana qədər qapağı bağlı olaraq bişirin.
Ətlər yumşaldıqda yenidən dadına baxın. Bir qədər duz və istiot əlavə edərək 2-3 dəqiqə daha qaynadın.
İsti-isti servis edin.