Qadin.NET / Düşbərə (foto-resept)

Düşbərə (foto-resept)

 

Tərkibi:

 

Xəmir Üçün:

2 st un

½ ç/q duz

1 yumurta

2/3 st ilıq su

 

İçlik Üçün:

250g çəkilmiş qoyun və ya mal əti, yaxud ikisinin qarışığı

1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış

½ ç/q duz

¼ ç/q istiot

 

Suyu Üçün:

3 y/q duru yağ və ya kərə yağı

1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış

1 y/q tomat

zövqə görə duz

8 st su

 

 

Üstünə səpmək üçün:

xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə

 

sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.

 

Hazırlanması:

 İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun.Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.

İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.

Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın.

Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.

Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin.

Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın.

Düşbərə (foto-resept)

Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin.

Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin. 

Düşbərə (foto-resept)

7 avqust 2019
GO BACK