Qadin.NET / Sərinlədən soyuq şorba (foto-resept)

Sərinlədən soyuq şorba (foto-resept)

 

Tərkibi:

500 qram qatıq

4 su st soyuq su

3 ədəd orta boy xiyar

4 y/q qaynadılmış incə bulqur

2 y/q qaynadılmış qarğıdalı

yarım dəstə şüyüd

1/4 dəstə cəfəri

2 y/q zeytun yağı

1/2 ç/q duz

 

Hazırlanması:

Tərəvəzləri bol suda yuyun. Xiyarlar soyun, sonra kub formada doğrayın. Cəfəri və şüyüdü xırda-xırda doğrayın.

Daha sonra qatığı kasa əlavə edin, soyuq su ilə yavaş-yavaş qatığı çırpın.

Sərinlədən soyuq şorba (foto-resept)

Qatıq ayran halına düşdükdə doğranmış xiyar, göyərti, qaynadılmış bulqur, qaynadılmış qarğıdalı, zeytun yağı və duz əlavə edib qarışdırın.

Soyuq şorbaların üstünü kub formada doğranmış turpla bəzəyin

Sərinlədən soyuq şorba (foto-resept)

26 iyun 2019
GO BACK