Tərkibi:
2 su st qırmızı mərci
1 ədəd kartof
1 ədəd quru soğan
2 ədəd kök
5 su st su
3 su st toyuq suyu
yarım çay st duru yağ
yarım limon suyu
1 ç/q qırmızı toz bibər
istiot
duz
Üstü üçün nanə
Hazırlanması:
Mərciləri yaxşıca yuyun. Sonra qazana qoyub, üstünə sürtgəcdən keçirilmiş soğan, kartof, kök, duru yağ, limon suyu, bulyon, ədviyyatları, duz, toyuq suyu və adi suyu əlavə edərək bişirməyə qoyun.
Təximinən 10 dəqiqə bişirdikdən sonra blenderdən keçirin.
2 dəqiqə təkrar qaynadıb üstünə nanə ilə bəzəyib servis edə bilərsiniz.