Qadin.NET / Mərci şorbası (foto resept)

Mərci şorbası (foto resept)

 

Tərkibi:

 

1 st qırmızı mərci

1 ədəd orta boy soğan – xırda-xırda doğrayın

1 ədəd orta boy yerkökü – xırda-xırda doğrayın

1 ədəd orta boy kartof – xırda-xırda doğrayın

1 xörək qaşığı tomat pastası

6 st su

zövqə görə duz

zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)

1-2 qaşıq yağ

 

Üstü üçün :

2 y/q kərə yağı və yaxud zeytun yağı

1/3 ç/q qırmızı şirin bibər tozu (paprika)

 

Süfrəyə vermək üçün:

limon

çörək

 

Hazırlanması

 

Mərci, soğan, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Orta odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun. Şorbanızın daha ləzzətli olması üçün yağ əlavə edib qarışdırın. 

Mərci şorbası (foto resept)

 Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozunu yağa əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan bir az qabdakı şorbalara tökün.

Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.

Mərci şorbası (foto resept)

25 mart 2019
GO BACK