Qadin.NET / Nar şorbası (foto resept)

Nar şorbası (foto resept)

Tərkibi:

 

2 soğan (doğranmış)

2 yemək qaşığı zeytun yağı

1 su st yarım qırıq quru lobya

yarımdan biraz çox su st düyü

1 ç/q duz

1/2 istiot

1 çimdik zərdəçal

2 su st  turş nar suyu

6 su st ət və ya toyuq suyu

3 dəstə cəfəri

yarım dəstə nanə

1 dəstə yaşıl soğan

2 dəstə təzə keşniş 

500 qram quzu qiymə

1 y/q qədər şəkər

2 y/q limon suyu

 

Hazırlanması:

Soğanlar, böyük qazanda yayılana qədər zeytun yağı ilə qovurun. Lobya ilə düyü, duz, istiot, zərdəçal və nar suyunu bir qabda qarışdırın. Bu qarışıma ət və ya toyuq suyu əlavə edin və su qaynayana qədər qarışdırmağa davam edin. Qaynamağa başladıqda qazın dərəcəsini azaldın və qazanın ağzı bağlı 30 dəqiqə də bişirin.

Nar şorbası (foto resept)

Cəfəri, keşniş, nanə və təzə soğanı üstünə əlavə edin. Əlavə etdikdən sonra az dərəcədə 15 dəqiqə bişirin.

Quzu qiyməsindən istədiyiniz boyda toplar hazırlayın. Qiymə toplarına, şəkər və limon suyunu əlavə edin. Qazanın qapağını bağlayaraq 45 dəqiqə ərzində az dərəcədə bişirin.

Nar şorbası (foto resept)

 

27 oktyabr 2018
GO BACK