Qadin.NET / Paxla şorbası (foto resept)

Paxla şorbası (foto resept)

 

Tərkibi

350 qram paxla

1 ədəd soğan

1 y/q kərə yağı

1 su st ət suyu

6-7 su st isti su

duz

 

250 qram qatıq

1 ədəd yumurta

3 y/q un

 

Üstü üçün

1/2 dəstə şüyüd

 

Hazırlanması:

Paxlaları incə-incə doğrayın. Soğanları kub-kub kəsin. Qazana kərə yağı və duru yağı töküb qızdırın. İlk əvvəl soğanı sonra paxlaları qazana atın.

Paxla şorbası (foto resept)

İsti su və ət suyu töküb paxlalar yumşalana qədər təxminən 15-20 dəqiqə qaynadın. Qatıq, yumurta və unu kasada çırpın. Şorbanın suyundan 1 qaşıq götürüb bu qarışıma əlavə edin. 

Paxla şorbası (foto resept)

Daha sonra bu qarışımı şorbaya töküb qarışdırın. İstədiyiniz qədər duz əlavə edib qazın üstündən götürün.

Paxla şorbası (foto resept)

 

17 oktyabr 2018
GO BACK