Qadin.NET / Brokoli şorbası (foto resept)

Brokoli şorbası (foto resept)

 

Tərkibi:

300 qram brokoli

3 y/q qoz

10 qram nanə

1 ədəd soğan

1 ədəd limon suyu

4 y/q zeytun yağı

1 ədəd dəfnə yarpağı

1/4 ç/q sarıkök

400 ml Hind qozu südü

250 ml su

1/2 ç/q duz

Şəkər

Duz, istiot

 

Hazırlanması:

Soğanı doğrayın, brokolini əlinizlə bölün.

 

Brokoli şorbası (foto resept)

 

 

1 yemək qaşığı yağda qovurun. Brokolini əlavə edərək 3 dəqiqə qovurun. Dəfnə yarpağı, sarıkök, Hind qozu südü, ədviyyat və suyu əlavə edərək 15 dəqiqə qaynadın.

 

Brokoli şorbası (foto resept)

 

 

Şorbanın sousu üçün nanə yarpaqları, duz, qoz, 3 y/q yağ, bir çimdik şəkər, limon suyu və limon tozunu blenderdən keçirin.

 

Brokoli şorbası (foto resept)

 

 

Şorba bişdikdən sonra blenderdən keçirin. Sous ilə servis edin.

 

Brokoli şorbası (foto resept)

 

 

Nuş olsun!

5 oktyabr 2017
GO BACK