Qadin.NET / Qarğıdalı şorbası

Qarğıdalı şorbası

Meksika mətbəxi

Tərkibi:

2 ədəd toyuğun döş əti

2 ədəd soğan

0,5 ədəd çili istiotu

250 qram konservləşdirilmiş qarğıdalı

500 ml süd

3 xörək qaşığı bitki yağı

1 dəstə şüyüd

Duz

Qarğıdalı şorbası

Hazırlanması:

Toyuğun döş ətini yuyub, üzərinə su əlavə edin və qaynadın. Qaynayandan sonra dərəcəsini azaldın və kəfini yığın. Sonra ortadan bölünmüş soğanı içərisinə atın. Duzlayın. Toyuq bişəndə qaynadın. Əti çıxarıb, kubik şəklində doğrayın, bulyonu süzün.

İstiotu szüb, toxumundan təmizləyin və xırda-xırda doğrayın. İki xörək qaşığı yağda soğanla istiotu qızardın. Konservləşdirilmiş qarğıdalını şirəsi ilə birlikdə əlavə edin. Orta dərəcədə 7 dəqiqə pörtün. Qarışımın üçdə birini kənara qoyub, qalan hissəsini püre şəklinə düşənədək blenderlə xırdalayın. 

Püreni qazana sonrada südü əlavə edib, qaynayana kimi bişirmək. Süzülmüş bulyonu xırda-xırda doğrayın. Qarğıdalı şorbasını bulyona əlavə edib, xırda doğranmış şüyüd səpin.

24 aprel 2017
GO BACK