Tərkibi:
500 qram toyuq
250 qram təzə göbələk
100 qram yaşıl soğan
1 ədəd yumurta
1 xörək qaşığı bitki yağı
80 qram soya sousu
2 diş sarımsaq
Qara istiot, duz
Hazırlanması:
Toyuğu yuyub, dərin qazana qoyun və üzərinə soyuq su əlavə edin. Qaynadıqdan sonra dərəcəsini azaldın, bulyonu toyuq bişənə kimi zəif dərəcədə qaynadın. Əti bulyondan çıxarıb, xırda tikələrə bölün. Bulyona duz və soya sousu əlavə edin.
Təzə göbələkləri (ağ) yaxşıca təmizləyin və köndələn kəsin. Yaşıl soğanı xırda doğrayın və sarımsağı əzin.
Yağı tavada isidin, göbələyi qızardın. Əzilmiş sarımsağı, soğanı, soya sousunu əlavə edib, 5 dəqiqə qızardın. Yumurtanı qaynadıb soyudun və xırda doğrayın.
Süfrəyə veriləndə qızarmış göbələkləri, toyuq tikələrini boşqablara qoyub, üzərinə qaynar bulyonu əlavə edin. Üzərinədə yumurtanı səpin.