Qadin.NET / Qozlu xarço şorbası

Qozlu xarço şorbası

Gürcü mətbəxi

Tərkibi:

500 qram mal əti

1/2 stəkan təmizlənmiş qoz ləpəsi

1 xörək qaşığı qarğıdalı unu

1 ədəd istiot

2 diş sarımsaq

3 şaxə keşniş

1 xörək qaşığı üzüm sirkəsi

Duz

Qozlu xarço şorbası

Hazırlanması:

Mal ətini yaxşıca yuyub 40-45 qramlıq tikələrə bölün. Üzərinə soyuq su əlavə edib, 2 saat ərzində qaynadın. Müntəzəm şəkildə kəfini  və yağını yığın. 

Qoz ləpələrini təmizləyib ət maşınıdan keçirin. İstiotu, sarımsağı və duzu qoza qatıb yaxşıca döyün. Qarğıdalı ununu yüngülcə qızardıb, üzərinə azacıq bulyon əlavə edin. Sonra bunların hamısını ətli bulyona əlavə edin. 

Üzərinə xırda doğranmış keşniş, sirkə əlavə edib, daha 10 dəqiqə qaynadın.

8 aprel 2017
GO BACK