Qadin.NET / Gürcü xaşı

Gürcü xaşı

Tərkibi:

mal ayaqları - 250 qram

mal qarını - 250 qram

qursaq - 100 qram

malın iç piyi (böyrək hissəsi) - 20 qram

sarımsaq - 2-3 diş

ağ çörək - 50 qram

süd - 30 qram

 

Gürcü xaşı

Hazırlanması

Təzə mal ətinin böyrək hissəsinin iç piyini ətçəkən maşından keçirib, qaba qoymaq üzərinə isə yaxşıca təmizlənmiş və ilıq suda yuyulmuş mal baş-ayağını və qursağını yerləşdirmək. Güclü odda ərzağın öz şirəsini çıxarmaq ( su əlavə edilmir). Ərzaqdan çıxan şirə qaynamağa başladıqdan sonra, tədricən üzərinə qaynayan su əlavə etmək ( hər paya 400-500 ml) və duz səpmədən təxminən 5-6 saat qaynatmaq, sonunda yumşaq ət və qığırdaq sümükdən rahat ayrılmalıdır. Sümükləri çıxarmaq.

Hazır olmazdan 15-20 dəqiqə əvvəl süddə isladılmış qabıqsız ağ gürcü çörəyi qoymaq.

Xaşı süfrəyə dərin gil kasada vermək. Duzla döyülmüş və az miqdarda bulyonda həll edilmiş sarımsaq və qaynar südü ayrıca təqdim etmək.

31 mart 2017
GO BACK