Qadin.NET / Südlü brokoli şorbası

Südlü brokoli şorbası

Südlü brokoli şorbası

Tərkibi

1 ədəd böyük ağ soğan

1 diş sarımsaq

2 yemək qaşığı un

1 yemək qaşığı ağ sirkə

2 su fincanı süd

4 su fincanı toyuq suyu 

2 yemək qaşığı duru yağ

1 yemək qaşığı kərə yağı

1 ədəd dəfnə yarpağı

1 çay qaşığı duz

1 çay qaşığı ağ bibər

Hazırlanması

Soğanı doğrayın. Duru yağı qazana atın və qızdırın, sonra soğanları əlavə edin. 2 dəqiqə soğanı qovurduqdan sonra kərə yağı əlavə edin. Kərə yağı soğanın yumşalmasına səbəb olacaq. Kərə yağı əridikdən sonra xırda-xırda doğranmış sarımsağı əlavə edin. Soğanın kifayət qədər yumşaldığına əmin olduqdan sonra, un əlavə edin və qoxusu çıxana qədər qovurun. Unun qoxusu çıxdıqdan sonra sirkəni əlavə edin və qazanın dibinə yapışan unları qaşıyın. Sirkənin ardından südü əlavə edib sürətlə qarışdırın. Un südün içərisində yox olduqdan sonra,  toyuq suyunu əlavə edin və qarışdırın. Kiçik parçalara böldüyünüz brokoliləri əlavə edin. Dəfnə yarpağını əlavə edib, qaynamağını gözləyin. Qaynamağa yaxın, sobanın xodunu alın. Brokolilər yumşalana kimi bişirin. Brokoli yumşaldıqdan sonra duz və bibər əlavə edib, dəfnə yarpağını çıxarın. Şorbanı blender vasitəsilə istədiyiniz hala düşünə qədər əzin. 

Qeyd: Duzu süd qaynayana kimi əlavə etməyin. Soğanı qovurarkən yandırmamağa çalışın, yoxsa şorbada qara nöqtələr kimi görünəcək.

 

25 fevral 2017
GO BACK