Qadin.NET / Gil qabda şorba

Gil qabda şorba

4 porsiya

Tərkibi:

400 qram kartof

250 qram qoyun əti

250 qram şampinyon (göbələk)

500 ml qram blyon

1 ədəd soğan

2 xörək qaşığı duru yağ

Dəfnə yarpağı, duz, istiot 

Gil qabda şorba

Hazırlanması:

Kartofu saman şəklində, göbələk və əti kubik şəklində doğrayın. Р­tin üzərinə su əlavə edib bişirin.

Əti gil qabın içinə yığın. Üzərinə blyon, kartof, göbələk, dəfnə yarpağı əlavə edin. Zövqə görə duz, istiot vurun. Sobada 30 dəqiqə 200 dərəcədə bişirin.

Soğanı halqa şəklində doğrayıb duru yağda qızardın. Sobaya qoyduğunuzun bişməsinə 5 dəqiqəqalmış soğanı üzərinə əlavə edin. Zövqə görə göyərti səpə bilərsiniz.

6 fevral 2017
GO BACK