Qadin.NET / Toyuq ətindən isti yemək (foto resept)

Toyuq ətindən isti yemək (foto resept)

Tərkibi:

 

 

Toyuq ətindən isti yemək (foto resept)

 

1 ədəd  toyuq

250 q.  soğan

250 q.  kök

250 q.  göy  soğanın  saplağı

 120  ml.  yağlı gaymaq

250  ml.  toyuq şorbası

30  q.  ələnmiş  un

1/4  ç. q.  quru  kəklik otu

1 ç. q. xirda doğranmış sarımsaq

çəfəri (bəzək üçün)

duru yağ

duz,

istiot

 Hazırlanması:

Əvvəlcə toyuq ətini doğrayırıq, sonra quru dəsmal ilə qurulayırıq.

Sonra duru yağda azca qızardırıq.

 

 

Toyuq ətindən isti yemək (foto resept)

 

Elə həmin tavada duru yağda, xırda doğranmış baş soğan və sarımsağı  qızardırıq.

 

 

Toyuq ətindən isti yemək (foto resept)

 

Qızılı rəng aldıqda soğanın üzərinə un əlavə edirik, qarışdırırıq və  2-3 dəqiqə yenə qızardırıq. 

 

 

Toyuq ətindən isti yemək (foto resept)

 

Sonra isə, ağ çaxır əlavə edib yaxşıca qarışdırırıq, qaynara düşəndə, toyuq şorbasını əlavə edirik.

Yenə qaynara düşəndə, kəklik otunun qurusunu, duz, istiotu əlavə edirik. Yenə 2-3 dəqiqə qaynadırıq və söndürürük. 

 

 

Toyuq ətindən isti yemək (foto resept)

 

Hazırladığımızı bir qazana tökürük, üstünə də qızarmış toyuq ətini yerləşdirib ağzını da örtürük.

Və 180 dərəcə isidilmiş sobaya yerləşdirib 40 dəqiqə bişiririk.

 

 

Toyuq ətindən isti yemək (foto resept)

 

Bu ərəfədə kökü dördkünc şəkildə doğrayırıq və soğanın saplağını da xırda doğrayırıq, qarışdırırıq.

Və duru yağda govururuq.

 

 

Toyuq ətindən isti yemək (foto resept)

 

Sonra isə, sobadan qazanı ehtiyatla çıxardırıq və içindən ətləri ayırırıq, ağzını örtürük ki, soyumasın.

İndi isə, şorbasını kəfkirlə, ya da ələkdən  süzürük. Sonra həmin duru şorbaya qaymağı əlavə edirik, duz, istiot və azca da soyuq su  əlavə edirik. İndi bu qazanı, vam odda şorba azca qatılaşana qədər qaynadırıq.

Sonra qızarmış köklə, soğanı əlavə edirik. Sonra da toyuq ətini əlavə edirik.

Süfrəyə verməzdən əvvəl yenidən isidib servis edirik.

Toyuq ətindən isti yeməyimiz hazırdır.

 

 

Toyuq ətindən isti yemək (foto resept)

 

Nuş olsun!

(Tərcümə edilib)

6 oktyabr 2014
GO BACK