Qadin.NET / Göbələkli kartof damlası ilə şorba (foto resept)

Göbələkli kartof damlası ilə şorba (foto resept)

 Tərkibi:

300-400 qr toyuq döş əti

250 qr göbələk

0,5 st qarabaşaq

1 ədəd soğan

1 ədəd kök

1 ədəd kəvər (mütləq deyil)

1-2 ədəd dəfnə yarpağı

0,5 dəstə cəfəri və ya şüyüd

Duz, istiot

Duru yağ

Kartof damlası üçün:

2 ədəd kartof

1 ədəd yumurta

3-4 x.q un

Duz

Hazırlanması:

Qazana su və kub şəklində doğranmış toyuğun döş əti əlavə edilib, qaynamağa qoyulur.

Qarabaşaq yuyularaq tavaya əlavə edilib zəif od üzərində quruyana qədər qovrulur.

Göbələk təmizlənib doğranılır.

Göbələk yağda qızardılır. Üzərinə sürtgəcin iri gözündən keçirilmiş kök, xırda doğranmış soğan, duz, istiot əlavə edilərək bir yerdə qızardılır.

Kartof qaynadılıb, qabığı soyulub əzilir ,üzərinə yumurta, duz əlavə edilib qarışıdırılır.

 Un əlavə edilib yaxşı qarışdırılır.

Toyuğun döş ətinin üzərinə qovrulmuş qarabaşaq, dəfnə yarpağı əlavə edilib bişməyə qoyulur.

Qarabaşağın bişməyinə az qalmış kartof püresini çay qaşığı ilə qazana damla kimi edib əlavə edirik.

(şəkildəki kimi)

Üzərinə qızartdığımız göbələyi, soğan, kök qarışığını əlavə edirik, 5 dəqiqə zəif od üzərində hazır olana qədər gözləyib götürürük.

Hazır yeməyin üzərinə xırda doğranmış cəfəri və ya şüyüd əlavə edib süfrəyə veririk.

Nuş olsun!

                                                                                                 (Tərcümə edilib)

14 dekabr 2013
GO BACK