Qadin.NET / Sibir borşu (foto resept)

Sibir borşu (foto resept)

Tərkibi:
1.500 ml su
1 ədəd yumurta
2 ədəd çuğundur
200 qr ağ kələm
1 ədəd kök
1 x. qaşığı alma sirkəsi
3 x. qaşığı "Zeytun Bağları" zeytun yağı
3 ədəd dəfnə yarpağı
100 qr xama
250 qr qoyun əti
2 x. qaşığı süd
1 ədəd kartof
3 x.k qaşığı paxla
2 ədəd soğan
1 xörək qaşığı "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
3 diş sarımsaq
6 ədəd qara yumru istiot
2 ç.qaşığı duz
1 dəstə şüyüd

Hazırlanması:
Gecədən paxlanı təmiz yuyub qaynadırıq,suyunu süzürük ki, səhər yeməyi hazırlayanda ona da vaxt ayırmayaq. Çuğunduru yuyub sürtgəcdən keçirirk tökürük tavaya, üzərinə alma sirkəsini, tomatı, duru yağı əlavə edib qapağını bağlayırıq ki, vam odda bişsin, təxminən 50-60 dəqiqə.

Soğanı doğrayıb qızılı rəng alana qədər qovururuq.

Sibir borşu (foto resept)

Kökü də sürtkəcdən keçirib tavaya yağ töküb bir az qovururuq.

Sibir borşu (foto resept)

Kələmi sürtkəcdən keçiririk, sarımsağı da xörda-xırda doğrayırıq.

Sibir borşu (foto resept)
Sibir borşu (foto resept)

Çəkilmiş ətin üzərinə yumurtanı, duzu, südü əlavə edib qarışdırırıq.

Sibir borşu (foto resept)

Sonra hazır ətdən gördüyünüz kimi xırda küftələr düzəldirik.

Sibir borşu (foto resept)

Kartofu təmizləyib dördkünc formada doğrayırıq və ayrıca qabda 10 dəqiqə qaynadırıq.

Sibir borşu (foto resept)

Sonra kələmi, çuğunduru, kökü, soğanı, küftələri əlavə edirik və 5 dəqiqə qaynadırıq.

Sibir borşu (foto resept)

Sonunda paxlanı, ədviyyatları, duzu, sarımsağı əlavə edirik. Vam odda 20 dəqiqə qaynadırıq, süfrəyə verəndə xamanı və şüyüdü üzərinə əlavə edirik.

Sibir borşu (foto resept)

Sonunda nəzərinizə çatdırım ki, çox dadlı bir borşdur, hədər yerə Sibirlilər uzun ömürlü olmurmuş)) Bu, onların ən hörmətli qonaqlarına hazırladıqları xan yeməkləridir. Öz yeməklərimizə heç nə çatmaz təbii ki, amma həftədə bir dəfə duru yemək lazımdır.

Nuş olsun!

(tərcümə edilib)

2 sentyabr 2013
GO BACK