Tərkibi:
300 q az yağlı qiymə
100 q düyü
Lazım olan ərzaqlar
1 ədəd yumurta ağı
5 q istiot
5 q kəklikotu
100 q quru soğan
100 q kok
100 q kartof
200 q qatıq
0,50 q limon suyu
3 ədəd təzə cəfəri
30 q kərə yağı
10 q duru yağ
1 ədəd yumurta sarısı
10 q duz
Hazırlanması:
Küftə üçün düyünü bir az bişirin. Qiyməni bir qaba alıb, rəndələnmiş soğan ,istiot, kəklikotu, duz ,düyünü də əlavə edib yoğurun və kiçik küftələr hazırlayaraq azca una bulayın. Şorba üçün qazana kərə yağı alıb kiçik -kiçik doğradığınız kök və kartofu azca qovurun.
Üzərinə qaynar su əlavə edin. 10 dəqiqə bişdikdən sonra küftələri əlavə edin.
Qazanın qapağını bağlayıb 20 dəqiqəyə yaxın bişirin. Sosu üçün 1 su stəkanı qatıq, un, limon suyu ve yumurta sarısı çırpılır, çorba kəsilməsin deyə şorbanın suyundan sosa əlavə edərək qarışdırın və şorbaya əlavə edin. 2 -3 dəqiqə daha qaynadıb ocaqdan alın.
İstəyə görə doğranmış cəfərini də əlavə edin.
Nuş olsun!