Qadin.NET / Əvəlik şorbası (foto-resept)

Əvəlik şorbası (foto-resept)

Əvəlik şorbası (foto-resept)

əriştə
əvəlik
soğan
lobya
yağ


istiot
qatıq
sarımsaq

Hazırlanması:
Əvəlik şorbası bişirmək üçün bir gün əvvəlcədən quru lobya bol suda isladılır.
Əvvəlcə soğan doğranır və yağda yüngül qızardılır.
Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur. İsladılıb yuyulan lobyalara yağ və

soğan əlavə edilir və biraz su qoyularaq qaynadılır. Lobya və soğan qaynayarkən quru əvəlik doğranılır. Yumşalıb islanması üçün üzərinə qaynar su tökülür. Lobya bişdikdən sonra doğranmış və qaynar su ilə isladılıb yumşalmış əvəlik lobyanın üzərinə əlavə edilir. Lobya, soğan və əvəlik biraz qaynadıqdan sonra əriştə də əlavə edilir. Az qaynadılır. Yeməyin bişməsinə az qalmış duz əlavə edilir.


Süfrəyə verilən zaman üzərinə istəyə bağlı olaraq istiot, sarımsaqlı və ya sarımsaqsız qatıq əlavə edilə bilər.
Nuş olsun!

4 dekabr 2020
GO BACK