Əziz xanımlar, bu gün "Mətbəx" rubrikasında sizlərə emilya86-nın hazırladığı Əriştə şorbasının və toyuq əti langetinin reseptlərini təqdim edirik.
Əriştə şorbası
Bişmiş lobya
Zoğal qurusu
3 ədəd kartof
1 ədəd soğan
Xəmiri üçün:
1 stəkan un
Yarım stəkan su
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Soğan doğranır, kərə yağında qovrulur.
Kartof doğranır, soğana əlavə olunur.
Bişmiş lobya və zoğal da əlavə edilir.
Qazanın agzına kimi su əlavə olunur, qaynamağa qoyulur.. Xəmir yoğrulur, kündələnir. Yayılır, nə çox nazik, nə çox qalın. Əlin yan hissəsi xəmirin ucuna qoyularaq nazik-nazik kəsilir. Ununu bol etmək lazımdır. Kartof bişəndə əriştə tökülur. Əriştə suyun üzünə çıxanda artıq bişmiş sayılır. Üzərinə quru nanə və ya kəklikotu əlavə olunur. Lazım olan ərzaqlar: toyuğun döş əti 2 ədəd yumurta 1 boşqab un Azərduz yodlu narın xörək duzu, istiot - zövqə görə Duru yağ - qızartmaq üçün Hazırlanması: Toyuğun döş əti nazik-nazik doğranır. Doğrandıqdan sonra döyülur. Döyülmüş əti əvvəl una, sonra yumurtaya batıraraq duru yağda qızardırıq. Una və yumurtaya duz və istiot əlavə etməyi unutmuruq. Nuş olsun!