Qadin.NET / "Ezo gəlin" şorbası (foto-resept)

"Ezo gəlin" şorbası (foto-resept)

 Tərkibi:
1st.qırmızı mərci
1x.q.yarma
1x.q.düyü
1 baş soğan
2 diş sarımsaq
4x.q. duru yağ
1x.q. tomat
su və ya bulyon
1ç.q.duz
1ç.q.pul bibər
1x.q.tel əriştə
nanə
limon suyu

Hazırlanması:
Əvvəlcə mərci, yarma və düyünü qazanda qaynadıb, suyunu süzün. Soğan və sarımsağı xırda-xırda doğrayıb, ayrı bir tavada qovurun.

Üzərinə tomat əlavə edin. Ard-arda mərci, yarma və düyünü əlavə edib, üzərinə qaynar su tökün.
Suyu canına çəkdikcə yenidən su əlavə edin.

Orta odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin.


Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın.
Ocaqdan götürənə yaxın duz, nanə, pul bibər və tel əriştəni əlavə edib, ehmalca qarışdırın. Şorbanı qablara töküb, üzərinə limon sıxın.

Nuş olsun!

6 noyabr 2020
GO BACK