Qadin.NET / Göbələkli sulu küftə (foto-resept)

Göbələkli sulu küftə (foto-resept)

Tərkibi:

400 qram yaşıl noxud

10 ədəd göbələk

1 ədəd quru soğan

2 diş sarımsaq

5-6 y/q zeytun yağı

1 st pomidor sousu

duz

istiot

su

Küftəsi üçün:

300 qram orta yağlı qiymə

1 kiçik boy quru soğan (sürtgəcdən keçirilmiş)

2 y/q un

1 ədəd yumurta

1 ç/q duz

1 ç/q istiot

Hazırlanması:

Küftə ərzaqlarını yoğurun və qoz böyüklüyündə küftələr hazırlayaraq soyuducuya qoyun. Soğanı və göbələkləri yeməklik doğrayın. Sarımsağı 2-3 hissəyə bölün.

Yaşıl noxudları yuyun və süzün. Qazanda bol suda qaynadın və içinə duz əlavə edin. Yaşıl noxudları 5 dəqiqə qaynadıb, süzüb soyuq sudan keçirin.

Orta böyüklükdə qazana zeytun yağı əlavə edib qovurun. Göbələkləri əlavə edərək qovurmağa davam edin.

Pomidor sousunu qazana əlavə edib 1 dəqiqə qovurun.

Küftələri qazana qoyun, küftələri isti suya əlavə edin.

Sonda yaşıl noxudu, duz, istiot, sarımsağı əlavə edərək orta dərəcədə bişirin.

11 sentyabr 2020
GO BACK