Tərkibi:
1 çay st qırmızı mərci
1 çay st qaynadılmış buğda
yarım çay st düyü
yarım çay st bulqur
kibrit qutusu qədər qiymə
1 ədəd quru soğan
2 diş sarımsaq
1 y/q kərə yağı
cirə
1 su st ilikli sümük suyu
5 su st su
(sousu əlavə etdikdən sonra istənilən hala görə qaynar su)
Sous üçün:
2 y/q tomat pastası
1 y/q kərə yağı
1 y/q quru nanə
Hazırlanması:
Soğanı və sarımsağı yeməklik doğrayın. 1 yemək qaşığı kərə yağında qiyməni və soğanı qovurun.
Buğda və mərcini əlavə edərək 1 dəqiqə qovurun. Ət suyu, cirə və suyu əlavə edərək mərci və buğda bişib şorba halına gələnə qədər bişirin.
Xəfif dənli olacaq formada blenderdən keçirin.
Sous üçün kərə yağı və tomat pastasını qovurun, nanəni əlavə edərək qarışdırın və qarışımı şorbaya əlavə edərək qarışdırın.
İstəyinizə görə duz və biraz daha isti su əlavə edin. Qaynadıb servis edin.