Qadin.NET / Körpələri günəşdən necə qorumalı

Körpələri günəşdən necə qorumalı

 

Günəşin zərərli təsirlərinin başında günə yanıqları gəlir. Dəri xərçənginin yaranmasında günəşdən yanarkən ultra bənövşəyi şüalar rol oynayır. Günəşin mənfi təsirlərini belə sıralaya bilərik: Günəş şüaları, bədənin maye mineral tarazlığında pozulmalar yaranarkən, göz sağlamlığına da mənfi təsir edir. Günəşə qorunmasız olaraq uzun müddət baxmaq katarakt və görmə problemlərinə yol açdığı kimi, günəşin şiddətli itsi təsiri ilə bağlı olaraq günəş vurması, iflic, infarkt və ölüm kimi hadisələrə rast gəlinir.

 

 

Körpələri günəşdən necə qorumalı

Günəşdən qorunmağın 6 qaydası:

1. Günəş yanıqlarından uzaq durun

Uzun müddər bir başa günəş altında yatmamalı, süni günəş salonlarında bronzlaşmaqdan uzaq durun. Körpə və uşaq dərisi böyüklərə görə şüalara qarşı həssasdı. Ana, ataların yanmadığı mühitlərdə körpə dərisi yana bilər.

2.Mütlək şlyapa qoyun

Üzünüzü, gözlərinizi və qulaqlarınızı örtən bir günəş şlyapası seçməlisiniz. Kənarları 6 sm genişliyində olan şlyapalar, uşaqlar üçün uyğundur.

Körpələri günəşdən necə qorumalı

 

3. Günəş kremi istifadə edin

Günəş kremləri ultra-bənövşəyi şüalarını süzmə xüsusiyyətlərinə görə SPf deyilən (günəşdən qoruma faktoru) bir sistemlə dərəcələndirilir. kremin qoruyucu olması üçün doğru istifadə olunması lazımdır. Günəşə çıxmadan 20 dəqiqə əvvəlcə bədənizin açıqda qalan hər hissəsinə çəkməlisiniz. Kremi 2 saatdan bir yeniləməlisiniz. Uşaqlarınıza və körpələrinizə alacağınız günəş kremi onlara xüsusi və alergiya testlərindən keçirilmiş olmalıdır. 

4.Kölgədə dayanmağa üstünlük verməlisiniz

Çöldə kölgə olan yerlərdə dayanın. Kölgədə belə olsaq kənarlardan əks olunmalar ola biləcəyini unutmamalıyıq. Uşaqlarınıza "ən uyğun kölgəni tapmaq oyunu oynayaraq onlara doğru kölgə seçimi etməyi öyrədə bilərsiniz.

Körpələri günəşdən necə qorumalı

5.Günəşdən qorunacaq formada geyinin

Geyimlərin UPF-sı ultra bənövşəyi qoruma faktoru var. Günəş qorumalı geyim seçərkən UPF-sına mütləq baxmalısınız. Geyimin modeli deyil, parçanın xüsusiyyətinə görə dərəcələndirmə edilir. Kremlərdəki SPF kimi parçalarda da UPF 50 çox daha yaxşı qoruyur. 

6.Günəş eynəkyi taxın

Günəş gözlərə də zərərlidir. Günəş eynəkləri seçərkən gözümüzü yaxşı bağlamasına, diqqət etməliyik. Eynəklərin də EPf-si ən az 10 olmalıdır.

11 avqust 2017
GO BACK