Qadin.NET / Yuxusuz ana olmaq istəmirsinizsə

Yuxusuz ana olmaq istəmirsinizsə

Yuxusuz ana olmaq istəmirsinizsə

Mütəxəsislər, 0-5 yaş arasındakı uşaqlarda çox görünən yuxu poblebləri və həll yollarını söylədilər:

Uşağın gündə neçə dəfə yatmalı?

Körpələr böyüdükcə daha az yatmağa başlayırlar. Yeni doğulmuş körpə 3-4 saatdan bir sadəcə qidalanmaq üçün oyanır. Bir aylıq körpələr 16-17 saat, 3-4 aylıq körpələr təxminən 15 saat, 6 aylıq körpələr 14 saat, 10 aylıq körpələr 10-12 saat yatırlar. 18 yaşından etibarən gündüz yuxuları 1 dəfəyə düşə bilər. Ana südü ilə qidalanan körpələr gecələri daha çox oyanır, 2-3 saatdan bir qidalanma  ehtiyac duyarlar, çünki  ana südünü həzm etmək hazır uşaq yeməklərini həzm etməkdən daha asandır. Bir müddət sonra yuxu ilə qidalanma arasında əlaqə qurarlar.

Yatmaqları üçün hazır uşaq yeməkləri və ya ana südü ilə qidalanan uşaqların çoxunun gecə qidalanmaya ehtiyacı yoxdur. Yuxu ilə qidalanma arasındakı çağrışımı əngəlləmək üçün uşağınızı yatızdırmadan 30-60 dəqiqə öncə yataq otağında qidalandırmayın.

Oyandığında və ya yatdığında nə etməliyəm?

Körpəniz oyanır və ya  tez yata bilmirsə ağlamasına icazə verin. Onu qucağınıza almayaraq hər 15 dəqiqədən bir yoxlamağa gələ bilərsiniz. Bir müddətdən sonra ağlamağını kəsəcəkdir. Körpənizin gecə oyanması normaldır. Müəyyən bir səbəbin olması vacib deyil. Problem körpənizin özünü sakitləşdirərək təkrar oyanmasıdır. Körpənizin təkrar yatması təmin edin.

Yuxusuz ana olmaq istəmirsinizsə

 

Nələr uşağınızın yuxuya getməyinin qarşısını alır?

Ümumilikdə çox həyəcan, ağır bir yemək və ya yatmazdan əvvəl valideynləri ilə çox oynamaq uşağınızın yuxuya getməsinin qarşısını alır.

Uşağım niyə yatarkən yatağından çıxmağa çalışır?

Bu kimi uşaqlar yataqlarında özlərini sıxışmış hiss etdikləri üçün gecə yarısı yataqlarından qalxarlar. Bu kimi uşaqların yataqlarının kənarlarının hündür olmaması lazımdır. Bu şəkildə özlərini azad hiss edəcəklər və yataqdan qalxmağı azaldacaqdırlar.

Bu tövsiyyələri diqqətə alın!

Bəzi körpələrin qaz problemi yuxu sıxıntıları yarada bilər, bunun  keçici olduğunu uzun müddət olanlarda başqa ana südü və digər növlərinə, bəzi vəziyyətlərdə də başqa yeməklərə alergiyası olduğunu bilin.

Körpənizi davamlı üz təmasında tutmayın, yatmazdan əvvəlcə oynadın, öpün, lakin öz yatağınızda yatızdırmayın.

Ana və ata olaraq aranızdakı müxtəlif səbəblərdən yaranan problemlar varsa, bu uşaqda da problemlər yaradacaqdır.

7 mart 2017
GO BACK