Qadin.NET / "Uşaqlar üçün bildirçin yumurtasının faydaları "

"Uşaqlar üçün bildirçin yumurtasının faydaları "

BİLDİRÇİN- sənayesi inkişaf etməkdə olan  ölkələrdə həm yumurtası , həm də əti ilə heyvan mənşəli olan proteini əvəz etmək  məqsədi ilə istifadə  olunmaqdadır. İnkişaf etmiş olan ölkələrin mətbəxində isə  bildirçin vaz keçilməz qida növü sayılır. 

Özü olduqca balaca, lakin tərkibindəki vitamin və mineralların  səviyyəsinə görə əhəmiyyəti  çox böyük olan bildirçin yumurtası- uşaqların  qida rasionunda  yeri olduqca böyükdür.

Tərkibindəki yüksək protein olan, xüsusilə uşaqlarda böyümə inkişafı, dəri problemlərinin  qarşısının alınması və immunitet  siteminin  güclənməsinə   təsiri olduqca  böyükdür. 

Toyuq yumurtasından daha çox dəmir  və B12 tərkibinə malik olan  bildirçin yumurtası xüsusilə orta məktəb  yaşlı uşaqların inkişafı dövründə  tez-tez rast gəlinən  qan  azlığı  probleminin  həllində rolu çox böyükdür və  onun qarşısının alınmasında  güclü vasitədir.

Qan azlığı ilə birlikdə uşaqlarda rast gəlinən: halsızlıq, yorğunluq, qavrama qabiliyyətinin  aşağı düşməsi və s. kimi problemləri həll etmək qabiliyyətinə malikdir.  Tərkibində yüksək dərəcədə olan B1 vitamini  iştahasızlıq problemi olan  uşaqlarda  - bu problemi aradan qaldırır və onun normal  qidalanmasına və inkişafına köməklik göstərir.

Eyni zamanda  tərkibində olan yüksək A vitamini görmə və dəri problemlərini aradan qaldırmasında faydası böyükdür. 

Ancaq yüksək protein tərkibi olan bildirçin  yumurtasından  istifadə zamanı onun miqdarına  diqqət etmək lazımdır.. Xüsusi ilə uşaqlarda hələ tam inkişaf etməmiş böyrəklərdə yüksək proteinin  qəbulu zamanı  müəyyən problemlər yarada bilər. Bildirçin yumurtası əsas olaraq -asma, bronxit, allergiya və b. xəstəliklərin  müalicəsində istifadə edilir.  Bildirçin yumurtasında insan bədənini cavanlaşdırıcı və qüvvətləndirici  xüsusiyyətləri ilə  yanaşı yüksək dərəcədə afrodizyak tərkibinə malikdir. Yumurtanın tərkibi vitamin və minerallarla zəngindir.

Bildirçin  yumurtasını  soyutma halında (yəni suda bişmə)  uşaqlara vermək lazımdır. Çünki yumurta suda bişirilərkən tərkibindəki proteini bədən  çox rahat şəkildə qəbul edir.

25 may 2011
GO BACK