Qadin.NET / Südəmər uşaqlarda zökəm

Südəmər uşaqlarda zökəm

 Südəmər  uşaqlar daha çox zökəmlə xəstələnirlər.Xəstə uşaq tez-tez asqırır,burnu tutulur,döş əmə bilmir.Burnundan nəfəs almaq çətinləşir və bəzən bu mümkün olmur.Zökəm heç vaxt özbaşına əmələ gəlmir,onu bakteriyalar və viruslar törədir.Zökəmli xəstə öskürür, asqırır və hətta bir neçə metr  aralı duran adamları da yoluxdurur.Beləliklə ,xəstə ilə təmasda olan adamların hamısı xəstələnir( bu yolla yoluxmaya damcı infeksiyası deyilir).Anada zökəm varsa və ondan başqa uşağa qulluq etməyə adam yoxdursa ,uşağı götürməzdən əvvəl maska taxıb  ,əllərini yaxşı yumalıdır.Ehtiyatlı olmadıqda uşaq,nəinki zökəm,hətta sətəlcəm də ola bilər,bu da südəmər uşaqların ən ciddi xəstəliklərindəndir.Zökəm zamanı uşağın burnuna qulluq edilməsi...Uşağın burun pərlərini sıxıb,burun ifrazatını çobanyastığı dəmləməsində isladılmış pambıqla silmək lazımdır.Uşağın burnunun içərisinə eşilmiş pambıqla qətiyyən silmək olmaz,çünki belə etdikdə  burunun selikli qişası  daha da qıcıqlanır və xəstəlik ağırlaşır.Burnunun altına vazelin sürtün ki,burun ifrazatı  dərini qıcıqlandırmasın...Həkimin təyin etdiyi inhalyasiyanı edin,yalnız yazdığı  məlhəm və ya duru dərmanı uşağa verin.

Diqqətli olun!

Böyüklərin işlətdiyi məlhəm  və ya duru dərmandan  uşaq üçün istifadə etməyin ,çünki ağır zəhərlənmə baş verə bilər.Uşağın burnunu  nə onun əskiləri ,nə də öz yaylığınız ilə silməyin,çünki uşağın bədəninə  bir daha infeksiya  düşə bilər.Uşağın burnunu  kağız salfetlə  silmək daha yaxşıdır.Amma salfeti  bir dəfə işlədən  kimi yandırmalı və ya tullamalısınız.

 
16 may 2011
GO BACK