Bildiyimiz kimi bu ərəfələr bütün diqqətlər Bakıda keçiriləcək birinci Avropa oyunlarına yönəlib. Bu tədbir nəticəsində neçə-neçə valideyin övladını hansısa idman növünə yazdırmaq üçün həvəslənir. Amma razılaşın ki, idmanla məşğul olan uşaqların qidalanması diqqət tələb edən məsələsidir.
Çünki uşaqlar idmanla məşğul olarkən itirdikləri enerji çoxalır. Bunun üçün də itirdikləri enerji ilə qidalanmadan aldıqları enerjinin həcmi bərabər olmalıdır. Əziz analar, övladınızın qidalanmasında vitamin və minerallara diqqət göstərməklə idmanda qazandıqları uğurların sayını çoxaltmış olursunuz.
Ən əhəmiyyətlisi də budur ki, böyümə və inkişaf mərhələsi düzgün qaydada irəliləyər. Idmanla məşğul olan uşaqlarda qidalanma cədvəli, o uşağın etdiyi məşqin saatı, yorğunluğu, cinsi, yaşı, çəkisi, boyu və digər amillərə görə tərtib olunmalıdır.
Enerji sərfiyyatı aşağı və yüksək çətinlikdə idman sahələrinin növlərinə görə belə tərtib olunur;
- Dağa dırmanma 11-13 kkal
- Velosipedə minmə 5-11 kkal
- Futbol 8-9 kkal
- Tennis 6-7 kkal
- Üzmə 11-12 kkal
- Rəqs 3-8 kkal
- Gimnastika 3-7 kkal
Böyümə və inkişaf çağındakı idman edən uşaqların gündəlik ehtiyacı olan enerji, (karbohidrat, zülal, yağ, vitamin və mineral, su) bədənə verildikdən sonra etdiyi idmana görə əlavələr də edilməlidir. Edilən idmanın növü və müddətinə görə bədəndəki enerji qaynağı dəyişir. Məsələn; qısa sürən sürətli, güclü ağırlıqqaldırmalarda, yüksək enerjili ATP və kreatin fosfat molekullarınin istifadəsinə, səkkiz dəqiqəni keçən idmanda karbohidratlar, daha uzun müddətli məşqlərdə isə karbohidratla bərabər yağ da istifadə edilir.
Uzun müddətli fiziki məşqlərdə, ilk əvvəllər əzələlərdə yumşalma prossesi gedir. Əzələ bərkiməsi nə qədər yüksəkdirsə fiziki baxımdan da daha yüksək səviyyədə hazırlıqlı olmuş hesab olunar. Yorğunluq hissi azalar. Bun agörə də karbonhidratın nizamına diqqət göstərilməlidir.
Bəs zülalın vəzifəsi nədən ibarətdir?
Toxumaların zədələnməsinin qarşısını alır və yeni toxumalar meydana gətirir. Zülalın enerji vermək səviyyəsi karbohidratdan sonra gəlir. İdman edən uşaqlarda kiloqram başına 1-1,2 q. və ya aldıqları enerjinin 12% -15 nisbətində zülal almaqları hökmən vacibdir.
A, D, E və K vitaminlər bildiyiniz kimi yağda əriyən vitaminlərdir. Ona görə də uşaqlarınızin qidalanmasında görünməyən və görünən yağ tərkibinə diqqət etmək lazımdır.
İdman edən uşaqlarda su istehlakına də unutmamaq lazımdır. Suyun əhəmiyyətli vəzifələrindən biri də bədən istiliyini tənzimləməkdir. İdman edən uşaqlarda xərclədikləri enerji miqdarına görə 1 kkal qarşılığında 1 ml su əlavə edilməlidir.
Əziz valideyinlər, uşağınızın idman həyatını dəstəkləyin, çempion anası olun!