Qadin.NET / Valideyn-övlad münasibəti və narkotiklər

Valideyn-övlad münasibəti və narkotiklər

Valideyn-övlad münasibəti və narkotiklər

Sizin övladınız  narkomaniya kimi bir bəlaya düçar olubsa,mübarizəyə yaxşı  valideyn-övlad münasibətlərini qurmaq ilə başlayın.Övladlarınızla rahat danışın ,danlamaq və tənbehdən istifadə etməməyə çalışmaqla  ünsiyyət xətlərini açıq saxlayın.Onların nə etdiklərinə diqqət yetirin.Siz hər zaman cavab almaya bilərsiniz.Onlar ilə yuxarıdan danışmayın,onların həyat və narkotiklər barədə bildikləri sizi təəccübləndirə bilər.

Ünsiyyət,ünsiyyət,ünsiyyət...

Ayıq olun.Hərəkətlərə və mimikaya fikir verin.Normal şəraitdə uşaq gülümsəyir,sizinlə danışanda gözlərinizin içinə baxır və açıq əsəbilik əlamətləri göstərmir.Bu əlamətlərə ayaqları döymək  və titrəmək ,barmaqlarını stola döymək və danışarkən başını aşağı salmaq aiddir.Problem olduğunu hiss etdiyiniz halda  məktəb nümayəndəsi ilə danışın.

Övladlarınıza məsuliyyətli olmağı öyrədin. 

Uşaqlar məsuliyyətli olmağı  öyrənmək üçün heç vaxt gənc deyillər .Uşaqlara evdə müxtəlif  tapşırıqlar verin və onlar böyüdükcə məsuliyyət dərəcələrini artırın.Qanunsuz dərmanlardan istifadə etməməklə  yaxşı nümunə olun.Mən etdiyim kimi yox, mən dediyim kimi et deyən  böyüklərə qarşı  uşaqlar hörməti itirirlər.

Dərman vasitələrindən və qanunsuz dərmanlardan sui-istifadə etməyin.

Stressdən, əsəb gərginliyindən və daimi baş ağrılarından əziyyət çəkirsiniz?Mağazada alınan və resept ilə verilən dərmanlar  vasitəsilə rahatlıq  tapmaq üçün tələsirsiz?Dərman vasitələrindən  və alkoqoldan  asılı hala düşmək  asandır və siz onlara meylli şəxsə çevrilə bilərsiniz.Sağlam seçimlər edin.Yadınızda saxlayın ki,stressdə olduğunuz zaman alkoqola,sakitləşdiricilərə  və qeyri-qanuni dərmanlara müraciət etdiyiniz zaman  övladınız  üçün pis  nümunə göstərmiş olursunuz.İdmanla məşğul olmaq həm fiziki,həm də mənəvi cəhətdən özünüzü daha yaxşı hiss etməyinizə  kömək edəcək sağlam fəaliyyətdir.

Valideyn-övlad münasibəti və narkotiklər

Məlumatlı olun.

Hansı narkotiklərin,psixotrop maddələrin və onların prekursorlarının qeyri qanuni olduğunu bilin.Kokain,krek,marixuana,tiryək,heroin,amfetaminlər və s. əmin olun ki, övladlarınız onların qəbulunun qeyri-qanuni olduğunu anlayır.Əgər onlar üzərində narkotik ilə tutulsalar, bu,polislə üzləşmələrinə,məhkəməyə cəlb edilmələrinə ,mümkün həbs  cəzasına  və cəmiyyətin qınağına  məruz qalmalarına səbəb olacaqdır.

Övladlarınıza  narkotik alverçilərini  aldatmaqla yardımçı olun.

Narkotik alverçiləri  övladlarınıza narkotiklərin onların daha yaxşı oxumaqlarına və imtahanlardan keçmələrinə yardımçı olacağını deyə bilərlər.Onları  bir dəfə qəbul etməklə  heç nə olmayacağına inandırmağa çalışmaqla,övladlarınızı narkotikləri qəbul etməyə həvəsləndirə bilərlər.Övladlarınıza narkotiklərə yox deməyi öyrənməyə kömək edin..Onları idmanla məşğul  olmağa,hobbi seçməyə  və asudə vaxtlarından səmərəli istifadə etməyə həvəsləndirin.

Narkotiklərdən istifadə  əlamətlərinə qarşı ayıq olun.

Müəyyən fiziki və emosional simptomların olmasına  baxmayaraq,həmin an güman etməyin ki,sizin övladınız narkotik maddə qəbul edir,qeyri-adi davranışın  digər səbəbləri də ola bilər.

Valideyn-övlad münasibəti və narkotiklər

 

Emosional və sosial əlamətlər:

-Kədərli əhval-ruhiyyə ,həyəcanlanma,

-Qəzəb,düşmənçilik,depressiya

-Daimi yalan danışma və oğurluq

-Narkotik maddələrin ziyanlı təsirlərini danma

-Telefon zəngləri zamanı gizli danışıqlar

-Olduqları yer barədə qeyri səmimi olmaq

-Motivasiyanın itməsi

-Gündəlik həyata marağın olmaması

-Məktəbdə dərs buraxma halları

Fiziki əlamətlər:

-Süstlük

-Titrəmə

-Gözlərin qızarması,göz bəbəklərinin genişlənməsi

-Şəxsi gigiyena və görkəmə marağın olmaması

-Qeyri -səlis nitq

-İştahanın itirilməsi və ya artırılması

-Koordinasiyasız hərəkətlər

-Gözlərin altında həlqələr

-Qeyri- requlyar yatmaq vərdişlər

-Tez-tez baş verən soyuqdəymələr  və öskürək

-Çəkinin itirilməsi

26 may 2011
GO BACK