Qışı sevməyən uşaq yoxdur.Hələ qartopu, qardan adam düzəltmək-uşaqların ən böyük arzusudur.Lakin qışın gəlməsi və havaların qeyri-sabit keçməsi,uşaqlarınızda soyuqdəymə,qrip,zökəm kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.Beləliklə,aşağıdakılara riayət etsəniz,övladlarınız bu qış ,bütün xəstəliklərə əlvida deyəcək
Əllər yuyulmalıdır:
Öskürdükdən və ya asqırdıqdan sonra və qida qəbul etməzdən öncə əllərinizi sabun və ya bakteriyalara qarşı qoruyucu gellərlə yaşxıca yuyun.Bunu uşaqlarınıza da öyrədin.Onlara başa slaın ki,əllərini yumamış üzlərinə vurmasınlar.Beləcə,mikrobların gözlərə,buruna və ya ağıza keçməsinin qarşısını ala bilərlər.
Sağlam qidalanma:
Uşaqlarınıza bol miqdarda meyvə-tərəvəz,taxıllı bitkilər yedirzdirin.Həmçinin yediklərinin təzə olmasından əmin olun.Əlavə olaraq C vitamini qəbul etdirməyiniz lap yerinə düşər.Çünki C vitamininin çatışmazlığı uşaqlarınızın bir çox xəstəliklərə daha tez tutulmasına səbəb ola bilər.
Davamlı yuxu:
Doyunca yatmış,yuxusunu almış və ya dincəlmiş uşaqların qripə,zökəmə yoluxma riski daha azdır.Davamlı yuxu ən gözəl sağlamlıqdır.
Peyvənd:
Uşaqların immunitetini gücləndirmək üçün peyvəndlərini vaxtında həyata keçirin.Bu,onların qızılca,məxmərək,parotit,göy öskürək kimi xəstəliklərə qarşı ən yaxşı mühafizə rolunu oynayacaq.
Zökəmlə qrip arasında fərq:
Zökəmin simptomları:
Burun axması,burun tıxanıqlığı,asqırmaq,öskürmək,boğaz ağrısı,baş ağrısı,orta hərarət.Yoluxucudur,5 gün müddətində yoluxa bilər.
Nə etməli?
Uşağınız tez-tez maye qəbul etməli və dincəlməlidir.Parasetamol dərmanını içsin.Bu,həm hərarəti aşağı salar,həm də burun tutulmasının qarşısını alar.
Bunu bilməyiniz vacibdir:
Mikroblar oyuncaqların üzərində,qapı tutacaqlarında və digər səthlərdə 2 gün qalır.Zökəmə səbəb olan bir çox virus mövcuddur.Bu da o deməkdir ki,fərqli bir mikrob növündən zökəm ola bilər.
Qrip:
Simptomları:
Yüksək hərarət,bədəndə ağrılar,üşümə,öskürmə, burun axması.Yoluxudur,2 həftə ərzində yoluxdura bilər.
Nə etməli?
Hər payız qrip peyvəndi etdirməkdir.Həkimə müraciət etməli.Virus ilk 48 saat müddətində tapılarsa,həkim dərman məsləhət görəcək.Bu da simptomların azalmasına səbəb olacaq.