İlk yaşlardan uşaqları yuxu rejiminə alışdırmaq çox vacibdir. Bu, uşaqların gələcək inkişafı üçün zəruri olmaqla yanaşı yuxu vəziyyətindən oyaqlıq vəziyyətinə keçidi də asanlaşdırır. Nəticədə uşaq özünü daha rahat və daha gümrah hiss etməyə başlayır.
Bəs uşaqları yuxu rejiminə necə alışdırmaq lazımdır?
Bunun üçün müxtəlif üsulları sınaqdan keçirmək olar. Məsələn, 8-9 aylıq uşaqları yuxu rejiminə pijama geyindirməklə, dişlərini fırçalamaqla və ya nağıl danışmaqla alışdıra bilərsiniz. Bundan başqa uşağınız yatana yaxın onunla müxtəlif oyunlar oynamaq da pis olmaz. Bu, həmçinin uşağınızın aktivliyini azaltmaq və əsəb sistemini sakitləşdirmək üçün də vacibdir. Evcik-evcik oynamaq, qaçmaq, teleoyunlara baxmaq da tez yuxu gətirir.
Bundan başqa:
*Yatmaq üçün müəyyən bir vaxt seçin və həmişə bu vaxta riayət etməyə çalışın.
*Xəbərdarlıq edin: Yatmaqdan əvvəl uşağınıza xəbərdarlıq edin, cünki, o hələ balaca olduğu üçün vaxtı səhv sala bilər.
*Yüngül yemək təklif edin. Tərkibində həm karbohidrat, həm də protein olan yüngül yemək, məsələn, bir parça pendir və yarım dilim ağ çörək uşağınızın rahat yatmasına kömək edər. Karbohidratlar uşağınızın yuxusunu tez gətirər, protein isə qan şəkərini səhər yeməyinə qədər sabit saxlayar.
*Uşağınızın ilıq duş qəbul etməsinə şərait yaradın: Bədən hərarəti yüksələndə uşaq yuxuya daha asan hazırlaşır.
*Yatmaq üçün münasib geyimlər seçin: Piyamalar çox dar və çox qalın olmasın.
*Uşağınıza ən sevdiyi nağılı danışın.
*Siz nağıl danışarkən yüngül bir musiqi qoyun.
*Əmziklə yeməyi azaldın və ya təmamilə ləğv edin. Əgər uşağınız yatmaq üçün əmzik şüşəsinə ehtiyac duyursa, onda içərisinə yalnız su tökün. Çünki, süd, sıyıq və meyvə suyu uşağınızın dişlərini çürüdə bilər.