Qadin.NET / Hamiləlikdə bitki çaylarının istifadəsi

Hamiləlikdə bitki çaylarının istifadəsi

Hamiləlikdə bitki çaylarının istifadəsi

 

 Normal zamanda diqqət etmədiyiniz  bütün vərdişlərinizə və həyat formanıza hamiləlik dövründə fikir verməyiniz lazımdır. Son illərdə təbiətdən gələn şəfa qaynaqları həyatımızın vazkeçilməz hissəsi olarkən, hamilələrin həm özünü həm də körpəsinin sağlamlığı üçün yediklərinə, içdiklərinə diqqət etməsi lazımdır.



Hamiləliyinizin, gündəlik maye ehtiyaclarını qarşılamaq üçün qara çay ya da qəhvə  əvəzinə, daha faydalı olduğunu bildiyiniz bitki çayları istifadə etməlisiniz. Mütəxəssislərə görə hamiləlikdə içəcəyiniz bitki çayları sizin üçün həqiqətən faydalıdır, ancaq bəzi növlərinin erkən doğum riskini artırdığıda unudulmamalıdır.

Hansı Bitki Çayının Nə Faydası Var?

Cökə, zəncəfil, çobanyastığı, razyana, itburnu, yaşılçay və bütün meyvə çayları hamiləlik dövrünüzdə, sizin üçün çox faydalıdır. Buna görə hamiləliyiniz boyunca bitki çaylarını gündə iki fincana qədər istifadə edə bilərsiniz.

Hamiləlikdə Cökə çayı: İmmun  sisteminizi gücləndirərək, qrip və soyuqdəyməyə qarşı sizi qoruyar. Cökənin şiş həll edici təsiri olduğundan, böyrəklərinizi yormadan bədəninizdə yığılan şişi endirir.

Hamiləlikdə Çobanyastığı Çayı: həzmi asanlaşdıraraq, sizi ruhi baxımdan rahatlaşdırar. Sakitləşdirici təsiri mövcuddur. Yuxusuzluq probleminiz varsa, çobanyastığı çayı yaxşı gələcəkdir.

Hamiləlikdə bitki çaylarının istifadəsi


Hamiləlikdə Rəzyana Çayı: Bağırsaqlarınızda qaz meydana gəlməsini qarşısını alır, sizi rahatlaşdırar və həzmə kömək edir. İştahsızlıq probleminizə yaxşı gəlir. Bundan başqa süd vermə  dövrünüzdə də südü artırar.

Hamiləlikdə Zəncəfil Çayı: Bulantılarınıza kömək edər, qabarıqlıq hissinizi azaldır.

Hamiləlikdə itburnu çayı: C Vitamini baxımından olduqca zəngin bir bitkidir. Xəstəliklərdə bədəninizdəki ümumi müqaviməti təmin edər. Bundan başqa şiş çökdürücü xüsusiyyəti vardır.

 



Hamiləlikdə Yaşılçay: Yaşıl çaydaki kafeyin, qara çaya görə daha az olduğundan daha faydalıdır. Qan dövranınızın tənzimləyir, soyuq dəyməyə qarşı qoruyucudur.

Hamiləlikdə Adaçayı:  Hamiləliyinizin son dövrlərində adaçayı istifadə etmək olmaz çünki açılışa səbəb ola bilər.

Kətan Toxumu: Omeqa 3 cəhətdən  zəngin olmasına baxmayaraq qanama riskinizi artırar. Bu səbəblə hamiləliyiniz boyunca istifadə etməməyə diqqət edin.

Hamiləlikdə Moruq Çayı: C vitamini və üzvi turşular ilə zəngin olaraq  bir çox xəstəliyə yaxşı gəlir, ancaq doğumu tezləşdirdiyindən  hamiləliyinizin son dövrlərində istifadə
etmənizi təklif olunmur.

Hamiləlikdə Səna Çayı: Qüvvətli işlətmə vəzifəsi görər, bağırsaqlardakı vitamin, mineral maddələri azaltdığından hamiləlik müddətində istifadə etmək məsləhət görülmür.

 HƏR BİR QADINA SAĞLAM HAMİLƏLİK VƏ SAĞLAM ÖVLAD DÜNYAYA GƏTİRMƏYİ ARZULAYIRAM
8 yanvar 2012
GO BACK