Qadin.NET / Uşaqların yuxu rejimini nizamlamaq üçün ...

Uşaqların yuxu rejimini nizamlamaq üçün ...

1. Ailənizin nə qədər ehtiyacı olduğunu bilin

Ailə fərdlərinin nə qədər yuxuya ehtiyacı olduğunu bilməlisiniz, yuxunu nizamlamaq üçün bu vacibdir. Mütəxəssislər, yeni doğulan uşaqların günün 12-18 saat yuxuda keçirməlidir. Yaş davam etdikcə yuxuda keçən saat azalır. 3-5 yaş arasındakı uşaqlar gecə 11-13 saat, 5-10 yaşındakılar 10-11 saat yatmalıdılar. Gənclər isə 9 saat yatmalıdılar. Buna görə ailə fərdlərinin necə saat yatmağa ehtiyacı olduğunu bilirsiniz.

2. Müəyyən etdiyiniz yuxu saatını vərdişə çevirin

Vərdişlər həyatımızı asanlaşdırır. Yatağa gedəcəyiniz saatı müəyyən edib, bunu vərdişə çevirin. Məsələn axşam saat 19:30da uşaqlarınızı yatağa göndərməyə qərar verdinizsə, onları 1 saat əvvəldən yuxuya hazırlamalısınız. 18:30-da 1 saat sonra yatma vaxtı olduğunu xatırladın. Nə işləri varsa, bitirməyə çalışsınlar

3. İşıqları söndürün

Yaşı kiçik uşaqlarınız varsa, yatmağa hazırlıq edərkən evdəki işıqları söndürmək və elektronik əşyaları söndürmək asandır. Amma uşaqları yaşı artdıqca, elektronik cihazları söndürmək mübarizə çevrilə bilir. Yuxu saatını övladınızla birlikdə müəyyənləşdirin. O saat evin səssiz olmasına diqqət edin. 

17 avqust 2020
GO BACK