Qadin.NET / 0-2 yaş arası uşaqların zəka inkişafı

0-2 yaş arası uşaqların zəka inkişafı

 

Hər bir valideyn uşağının bədən və ruh sağlamlığını inkişaf etdirmək üçün çalışır. Uşaq Sağlamlığı və Xəstəlikləri Uzmanı Dr. Reyhan Erol, uşaqlarda zəkanı inkişaf etdirəcək ən vacib qaydanın danışmaq, mahnı oxumaq kimi qarşılıqlı əlaqə vasitələrinin olduğunu söyləyir.

 

0-2 yaş arası uşaqların zəka inkişafı

 

 

Zəka inkişafını artıracaq 5 tövsiyə

Araşdırmalara görə uşaqlarımıza zəka inkişafında verə biləcəyimiz ən əhəmiyyətli vasitələrdən biri sevgimiz və inam duyğusudur. Onlarla danışmaq, oyun oynamaq, mahnı oxumaq kimi qarşılıqlı əlaqə qurmaq, uşaqlarımızın zəka inkişafı üçün ən əhəmiyyətli vasitədir.

 

Hamiləlik dövründə düzgün qidalanın

Beynimizdə milyon dənə neyron var və zəka inkişafında bu neyronlar arasında qurulan əlaqələrin, yəni sinapsların artması olaraq bilinir. Bu inkişaf hamiləlik dövründən etibarən başlayır. Bu da o demək olar ki, ana namizədlərinin sağlamlığı körpənin beyin inkişafına birbaşa təsir edir. Bu səbəblə sağlamlıq yoxlamalarını ixtisara salmayın və sağlam qidalanmağa diqqət edin. Omeqa çatışmazlığı varsa, bundan xilas olun. Körpənin beyin inkişafına mənfi təsir etdiyi üçün hamiləlik və əmzirmə dövründə spirt və siqaretdən uzaq olun. Sizin ifraz etdiyiniz pozitiv hormonların körpənizədə təsir etdiyini unutmayın. Onunla danışın, birlikdə musiqi dinləyin və mümkün olduğu qədər stressdən uzaq dayanın.

 

0-2 yaş arası uşaqların zəka inkişafı

 

 

Keyfiyyətli  və vaxtında yatmağa çalışın

Körpəlikdən etibarən uşaqlığın hər dövründə lazımlı qədər və fasiləsiz yuxu, bədən ikişafı qədər beyin inkişafı üçün də son dərəcə əhəmiyyətlidir. Bu səbəblə uşaqların keyfiyyətli yatmaları üçün sakit mühit hazırlayın. 

 

0-2 yaş arasında televizor izləməyə qoymayın

Beyin inkişafının yüzdə 70-80-lik hissəsi ilk iki yaş dövründə tamamlanır. Xüsusilə, bu dövrdə inkişafa mənfi təsir edəcək xəbərdarlıqlardan uzaq dayanmaq əhəmiyyət daşıyır. Zəkanı mənfi istiqamətdə təsir edən ünsürlərin başında televizor gəlir. Bu səbəblə həyatın ilk illərində uşaqları televizordan mümkün olduğu qədər uzaq tutun. 2 yaşından sonra da gündə ən çox bir saat televizor izləməyə icazə verin. 

 

0-2 yaş arası uşaqların zəka inkişafı

 

 

Dünyanı toxunaraq öyrənməyə imkan verin

Uşaqların öyrənmə müddətində xüsusilə bir yaşdan sonra əllə çox əhəmiyyətli bir vasitə olur. Bu dövrdə uşaqların dünyanı toxunaraq anlamalarına çalışdıqlarını xatırladan Dr. Reyhan Erol, "Uşaqlar bu səbəbdən əllərinə aldıqları hər əşyanı ağızlarına aparırlar. Və bütün bu məlumatlar beyinə ötürülür. Bu səbəbıə uşağın təhlükəsizliyini qoruyacaq formada, hər əşyaya toxunmasına icazə vermək lazımdır" deyir. 

 

 


18 fevral 2020
GO BACK