Körpələr üçün süd və süd məhsulları qədər vacib olan bir digər qida da yumurtadır. Xüsusilə də, uzun müddət tox saxlaması ilə körpələr üçün zəngin bir dəmir, sink və kalsium mənbəyidir. Xüsusilə, körpələrin alergiya olduğu və çəki problemi olan anaların yumurta məsələsinə diqqət etməsi lazımdır.
Yumurtaya alergiyası olan çox sayda körpənin, yumurtada olan vitaminləri necə alacağı sualı, bir çox ananı düşündürür. Ayrıca ailəsində ürək və damar xəstəliyi olan körpələrin yumurtadan necə istifadə etmisi, artıq çəkili körpələrin yumurtanı necə yeməli sualları anaların beynində cavab tapmış deyildir. İstinye Universiteti Xəstəxanasından qidalanma mütəxəsisi Serra Arslan, körpələrdə yumurta qidalanması ilə bağı suallara cavab verdi:
Körpələr üçün yumurtanın sarısı, yoxsa ağı?
Körpələr üçün kafi və düzgün qidalanma sağlamlıq, böyümə və inkişaf üçün əsasdır. İlk 6 ay sonrası təkcə ana südü körpənin qida ehtiyacını qarşılamır. Yumurtanın da tərkibində dəmir, sink, kalsiyum, B vitamini var. Yumurtanın yağ faizi aşağı, vitamin və mineral baxımından zəngin, asan bişən, asan püre halına gələn, nisbətən ucuz və dəyərli bir tamamlayıcı qidadır. Körpələrin 6-8 aylığında 1 ədəd bişmiş yumurta sarısı, 8-ci ayından etibarən də gündə 1 ədəd tam yumurta verilməyə başlaya bilərsiniz.
Bildirçin yumurtası ən az həftədə bir dəfə verilməlidir
Toyuq yumurtası ilə eyni şəkildə bişirilib yiyilən bildirçin yumurtası da körpələrdə yenilə biləcək yumurta növüdür. Bildirçin yumurtasının protein tərkibi fərqli deyildir. Toyuq yumurtasında olduğu kimi bildirçin yumurtasıda da 100 qramda 13 qram protein var. Lakin bildirçin yumurtasının dəmir və sink tərkibi toyuq yumurtasından olduqca yüksəkdir. Bu səbəblə körpələrə hər gün deyil həfdə də bir dəfə, bərk olaraq bişirilmiş şəkildə verilməlidir.
Körpənizin çəkisi yumurta istifadəsi üçün əngəl deyildir
Ailəsində ürək və damar xəstəliyi olsun olmasın, hər körpənin əgər yumurtaya alergiyası yoxdursa, hər gün yeyə biləcəyi ən keyfiyyətli protein mənbəyidir. Çəki sıxıntısı yaşayan, hətta ayına görə artıq kiloda olan körpələrdə yumurta yeyə bilər. Sadəcə qəbizlik sıxıntısı yaşayan körpələrdə yumurtanın zeytun yağı ilə birlikdə omlet şəklində gün ərzində verilməsi lazımdır.