Qadin.NET / Uşaqlarınız üçün ən faydalı vitaminlər

Uşaqlarınız üçün ən faydalı vitaminlər

Uşaqlarınız üçün ən faydalı vitaminlər

Uşaqlarınız üçün ən faydalı vitaminlər

Vitamin A

Uşaqlar üçün A vitamin vacib vitaminlərdən biridir.

Uşaqların normal inkişaf etməsini, böyüməsini təmin edər, inkişaflarını lazım olduğu kimi tamamlamalarına imakan yaradar. Vücudun toxmaları yeniləməsinə dəstək verir. Cildin daha parlaq, sağlam görünməsini təmin edər və eyni zamanda gözə də yaxşı təsir edir. A vitamini ilə zəngin qidalar: Yumurta, süd, pendir, yerkökü və balqabaq.

Uşaqlarınız üçün ən faydalı vitaminlər

B vitaminləri

B, B2, B3, B6 və B12 vitaminləri vücudun enerji təşkilinə, sinir sisteminə dəstək verir. Eyni zamanda qan dolaşımını rahatladır. B vitamini ilə zəngin qidalar: Ət, toyuq, cərəzlər, yumurta, süd, pendir, lobya.  

Uşaqlarınız üçün ən faydalı vitaminlər

Vitamin C

C vitamini bağ toxmalarını və əzələlərin güclənməsini daha sağlam hala gəlməsini təmin edər. Cildin sağlam görünməsinə də faydası çoxdur. Əzələlərin, bağ toxmalarının və cildin sağlam olmasına imkan yardar. C vitamini ilə zəngin qidalar: Sitrus meyvələri, çiyələk, kivi, pomidor və brokkoli kimi yaşıl tərəvəzlər.

 Uşaqlarınız üçün ən faydalı vitaminlər

Vitamin D

D Vitamin də xüsusilə sümük və diş qurluşunu gücləndirir. Vücudun qidalanma yolu ilə aldığı kalsiumu yaymasına kömək edər. D vitamini ilə zəngin qidalar: D vitamini ən çox günəş şüalarında vardır. Bundan əlavə, süd, pendir, yoğurt, yumurta sarısı və balıq yağı kimi qidalarda da olur.

Kalsium

Kalsium uşağın xüsusilə skletini gücləndirər. Uşağın inkişafı zamanı sümüklərinin quvvətli təşkil olunmasına şərait yaradar. Əgər uşağın sklet quruluşunun iri olmasını istəyirsinizsə mütləq kalsium dəstəyini uşaqlıq dövründən yeniyetməliyə qədər yetərincə təmin etməlisiniz. Kalsium vitamini ilə zəngin qidalar: Süd, yoğurt, pendir, soya pendiri və kalsiumla zənginləşdirilmiş portağal suyunda olur. 

Uşaqlarınız üçün ən faydalı vitaminlər

Dəmir

Dəmir, qan hüceyrələri üçün olduqca vacibdir. Çünki qırmızı qan hüceyrələrinin yaranmasını təmin edər. Dəmir əskikliyi yeniyetməlik dövründə istənməyən bir haldır. Xüsusilə adət görməyə başladıqlarında gənc qızlar üçün risklidir. Dəmir vitamini ilə zəngin qidalar: İnək əti və digər qırmızı ətlər, hinduşka, ispanaq, lobya və qaysı.

24 fevral 2016
GO BACK