Qadin.NET / Körpələr üçün balqabaq püresi

Körpələr üçün balqabaq püresi

Balqabaq A vitamini mənbəyidir, yəni beta - karotindir, eyni zamanda tərkibində kalium və C vitamini olduğu üçün göz sağlamlığını, immunitet sistemini, böyüməyi və inkişafını dəstəkləyir. Qatı qidaya başlamaq üçün idealdır
 Balqabağı öz şirəsində qaynadıb çəngəl ilə əzərək körpəni qidalandırmağa başlaya bilərsiniz. 9-cu aydan bir az qırmızı mərci, kartof, soğan, sarımsaq əlavə edib püre halında bişirib yeyə bilərsiniz.

Tərkibi:

100 qram balqabaq

1 kiçik kartof

1 ədəd arpacıq soğan

1 y/q qırmızı mərci

1 diş sarımsaq

1 y/q zeytun yağı

1 st toyuq suyu

Hazırlanması:

Mərcini bol suda yuyuv süzgəcdə 10 dəqiqə gözləyin.

Qazana zeytun yağını qabıqlarını çıxardığınız arpacıq soğanı və sarımsağı əlavə edib qovurmağa başlayın.

Doğradığınız kartof və balqabağı əlavə edib, süzülən mərcimələrlə birlikdə qovurmağa davam edin.

Sonra toyuq suyunu əlavə edib bütün ərzaqlarını yumşalana qədər bişirin.

Atdığınız soğanı və sarımsağı çıxardıqdan sonra blenderlə çəkib püre halına salın.

Damaq zövqünə görə istiot əlavə edə bilərsiniz.

24 avqust 2020
GO BACK